İş detalları
22 11 2025
İşin təsviri
Korporativ hüquq və idarəetmə:
Holdinqin bütün şirkətlərinin nizamnamə və korporativ sənədlərinin hazırlanması, dəyişikliklərin aparılması;
Korporativ strukturlaşdırma, konsolidasiya və daxili hüquqi nəzarət;
İdarəetmə strukturları ilə iş və onların qərarlarının hüquqi dəstəklənməsi.
Müqavilə və kommersiya fəaliyyəti:
B2B müqavilələrin (təchizat, distribusiya, podrat, logistika, IT/SaaS, marketinq, agentlik və s.) hazırlanması və hüquqi ekspertizası;
Şablon müqavilələrin hazırlanması və müqavilə proseslərinin avtomatlaşdırılması;
Danışıqların aparılması və hüquqi mövqelərin qorunması.
M&A / İnvestisiyalar:
Hüquqi due diligence, alqı-satqı müqavilələri, səhmdar müqavilələri və inteqrasiya proseslərində hüquqi dəstək.
Compliance və etika:
Compliance proqramlarının hazırlanması və tətbiqi (etika kodeksi, maraqlar toqquşması, hədiyyələr/gostipriimlik, sanksiyalar və s.);
Legal & compliance auditlərin təşkili, daxili araşdırmaların aparılması;
İşçilər üçün compliance təlimlərinin keçirilməsi.
Normativ tələblər və daxili nəzarət:
Qanunvericilikdəki dəyişikliklərin izlənməsi və daxili proseslərə inteqrasiya edilməsi;
Dövlət orqanları ilə qarşılıqlı əlaqə və onların sorğularının cavablandırılması;
Xarici hüquqşünasların idarə edilməsi və hüquqi xərclərə nəzarət.
Komanda və tərəfdaşlarla iş:
Hüquqşünas və para-hüquqşünaslardan ibarət komandanın idarə olunması və mentorluq;
Daxili bölmələr (HR, Maliyyə, Satınalma, Satış, Audit və s.) ilə koordinasiya.
Namizədə olan tələblər
Ali hüquq təhsili;
Korporativ və kommersiya hüququ sahəsində 5 ildən artıq iş təcrübəsi;
Korporativ, kommersiya, əmək və biznes hüququ sahələrində güclü biliklər;
Hüquq və Compliance sahəsində təcrübə və auditlərin keçirilməsi bacarığı;
Danışıqlar aparmaq və hüquqi riskləri idarə etmək qabiliyyət;
Azərbaycan dili səlis, Rus və ingilis dilləri – üstünlükdür (müqavilələrin hazırlanması və danışıqlar üçün);
Ofis proqramları (MS Word, Excel, PowerPoint, Outlook) ilə sərbəst işləmək bacarığı.
İş şərati
İş qrafiki: Tam iş günü (5 gün);
İş saatları: 08:30-17:30;
Ünvan: Port Baku Tower 2
Göstərilən tələblərə cavab verə