İş detalları
22 11 2025
İşin təsviri
Müqavilə, qiymət razılaşma, işlərin təhvil qəbul aktının hazırlanması;
Nəqliyyat vasitələrinin təmirinə çəkilmiş xərclərə nəzarət;
Nəqliyyat vasitələrinin yanacaq silgi aktlarının tələb olunması və onun əsasında silgisi;
Bank/Kassa əməliyyatlarının daxili proqrama daxil edilməsi;
Bank və Kassa əməliyyat qalıqlarının yoxlanılması;
Debitorlarla əlaqə (Hesab faktura, Avans faktura, Borc qalıq,) göndərilməsi;
Hesablama vərəqi və hesab faktura sənədlərinin təhvil alınması;
Mədaxil qəbzlərinin təhvil alınması;
Mühasibatlıq sənədlərinin arxivləşdirilməsi;
Maliyyə hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
Elektron qaimələrin göndərilməsinə nəzarət edilməsi;
İşçilərə Əmək haqqının (avansın) daxili proqrama yazılmasına təmini və nəzarət etmək;
Fakturalar və ödənişlər ilə bağlı müxtəlif reyesterlərin yığılması, qeydiyyatın aparılması.
Namizədə olan tələblər
Yaş: 28-40 yaş;
Ali iqtisadi təhsil (Maliyyə, Mühasibat uçotu və audit və s.);
Logistika üzrə mühasibatlıq sahəsində minimum 5 ildən artıq iş təcrübəsi;
Dil bilikləri: azərbaycan dili əla bilməli, rus dili,ingilis dillini bilməsi üstünlükdür;
Kompyüter bilikləri: Word, Outlook, Excel proqramını bilməli;
Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli.
Peşəkarlıq tələbləri:
Dəqiq və diqqətli;
Ciddi və məsuliyyətli;
E-gov.az və e-taxes.gov.az da işləmək bacarığı;
Analitik qabiliyyətə, təqdim etmə bacarıqlarına malik olmaq;
Problem həll etmə bacarığı;
Reporting (hesabatvermə qabiliyyətli);
Öyrənmək, öyrətmək bacarıqları olmalıdır.
İş şərati
İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
Korporativ nömrə;
Əmək haqqı razılaşma yolu ilə;
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
İş yeri: Bakı şəhəri, Yasamal rayonu, Grand park Yaşayış kompleksi.