Backend (Java) proqramlaşdırma üzrə Aparıcı Mütəxəssis

Golden Pay

23.10.2025

21
Müraciət et

İş detalları

Bakı Tam Ali Son tarix 
22 11 2025
İşin təsviri

Layihələr üzrə kodların nəzərdən keçirilməsini təmin etmək, “pull request”-ləri yoxlamaq, layihə dizaynını nəzarətdə saxlamaq;
Mövcud pluginlərin dəstəklənməsində, yeni pluginlərin yaradılmasında qərarverici kimi iştirak etmək, bu işlərə nəzarət etmək, yaranan texniki problemlərin həllinə dəstək vermək və yazılan pluginlərin düzgün arxitektural strukturda olmasına nəzarət etmək;
Arxitektura ilə bağlı qərarlar vermək, ən yaxşı təcrübələr əsasında təkliflərlə çıxış etmək;
Layihələr üzrə sənədləşdirmə işlərinin aparılmasında iştirak etmək;
Proqramçılar üçün müxtəlif qaydalar və təlimatların yaradılmasında birbaşa iştirak etmək;
Rəhbərlik tərəfindən verilən tapşırıqların icrasını təmin etmək;
İcra etdiyi işlərlə bağlı birbaşa rəhbərinə hesabat vermək.

Namizədə olan tələblər

Proqram təminatının hazırlanması üzrə 3 il;
İnformasiya Texnologiyaları sahəsində təhsil, təlim və beynəlxalq dərəcəli sertifikatlar arzu olunandır;
Bir və ya bir neçə proqramlaşdırma dilləri üzrə biliklər (məsələn, Java, Python, C#, JavaScript və s);
Proqram təminatının dizayn prinsipləri, mikroservislər arxitekturası və paylanmış sistemlər haqqında güclü anlayış;
Konteynerləşdirmə texnologiyaları (Docker, Kubernetes) ilə təcrübə;
Verilənlər bazaları (SQL, NoSQL) və məlumatların saxlanması texnologiyaları ilə tanışlıq;
MS Office proqramlarını yaxşı bilmək;
Azərbaycan və İngilis dillərini yaxşı bilmək, Rus dili üstünlükdür;
Problem həll etmə və analitik düşüncə.

İş şərati

İş qrafiki: Həftəiçi 5 gün saat 09:00-dan 18:00-dək.

Oxşar vakansiyalar