İş detalları
21 11 2025
İşin təsviri
Müxtəlif metal konstruksiyaların, vitrinlərin və avadanlıqların yığılması və quraşdırılması;
Qaynaq işlərinin (MIG/MAG, TIG və elektrod qaynağı) həyata keçirilməsi;
Texniki rəsmlərə və layihə tələblərinə əsasən montaj və birləşdirmə işlərinin yerinə yetirilməsi;
Quraşdırma zamanı ölçü və uyğunluğun dəqiqliyinin təmin edilməsi;
İş zamanı istifadə olunan alət və avadanlıqlara düzgün qulluq etmək;
Təhlükəsizlik texnikası qaydalarına ciddi riayət etmək;
İş yerində səliqə-səhman və nizam-intizamı qorumaq.
Namizədə olan tələblər
Montaj və qaynaq işlərində ən azı 1–2 il iş təcrübəsi;
Orta ixtisas və ya peşə təhsili (texniki sahə üzrə);
Müxtəlif qaynaq üsullarını bilmək və tətbiq etmək bacarığı;
Texniki rəsmləri oxuma bacarığı;
Məsuliyyətli, diqqətli və operativ olmaq;
Komanda ilə işləmək bacarığı.
İş şərati
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
Əmək haqqı 1000 AZN (NET)
6 günlük iş rejimi
Ünvan: Abşeron rayonu Qobu qəsəbəsi