İş detalları
21 11 2025
İşin təsviri
Risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və idarə edilməsi metodikalarının hazırlanması və tətbiqi;
Risklərin səviyyəsinə dair məqbul itki hədlərinin müəyyənləşdirilməsi və bununla bağlı tədbirlərin həyata keçirilməsi;
Risklərin minimuma endirilməsinə yönəlmiş cavab tədbirlərinin və prosedurların hazırlanması və tətbiqi;
Risk hadisələrinin təhlili və nəticələrinin aradan qaldırılması üzrə tədbirlərin təşkili;
Risklərin idarəolunması sisteminin vəziyyətinin analizi və proqnozlaşdırılması;
Xarici mühitin dəyişməsi ilə əlaqədar yarana biləcək potensial risklərin və təhdidlərin müəyyənləşdirilməsi və öyrənilməsi;
Kritik biznes proseslərinin və risk mənbələrinin aşkarlanması;
Risklərin idarə olunması üçün ayrılmış kapitalın, maliyyə resurslarının və ehtiyatların kifayətliliyinin qiymətləndirilməsində iştirak;
Risklərin qarşısının alınması üzrə profilaktik tədbirlərin təşkili;
Əməliyyat risklərinin, müqavilə tərəflərinin və müştərilərin risklərinin operativ təhlili;
Risklərin azaldılması üzrə tövsiyələrin hazırlanması, risklərlə əlaqəli əməliyyatların razılaşdırılmasında iştirak;
Risklərin idarə olunması üzrə daxili normativ sənədlərə uyğun şəkildə struktur bölmələr və əməkdaşlarla koordinasiyanın təmin edilməsi;
Risklərin idarə olunması üzrə metod və alətlərin öyrədilməsi məqsədilə əməkdaşlar üçün təlim proqramlarının hazırlanması;
Risklərin idarə olunması üzrə daxili hesabatların hazırlanaraq məsul şəxslərə və idarəetmə orqanlarına təqdim edilməsi;
Tənzimləyici orqan və xarici auditorlarla əməkdaşlıq: sorğulara cavabların hazırlanmasında, hüquqi mövqenin formalaşdırılmasında və tematik görüşlərdə iştirak;
Tənzimləyici orqanın və ya auditorların planlı və ya planlaşdırılmamış yoxlamalarında iştirak.
Namizədə olan tələblər
Fiziki və hüquqi şəxslərin kreditləşdirilməsi proseslərinin, eləcə də risklərin idarə olunması sisteminin təşkili prinsiplərinin dərindən anlaşılması;
Bank və ya mikromaliyyə təşkilatında iş təcrübəsi, hər iki təşkilati forma üzrə tənzimləyici orqanın (Mərkəzi Bank və s.) tələblərini başa düşmək və tətbiq etmək bacarığı;
Maliyyə təşkilatlarının fəaliyyətini tənzimləyən qanunvericiliyin əsasları üzrə biliklər (banklar və bank olmayan kredit təşkilatları üzrə normativ hüquqi aktlar və qaydalar);
Rus dili mütləqdir
İş şərati
Peşəkar inkişaf və karyera yüksəlişi imkanları
Rəqabətqabiliyyətli əməkhaqqı
Peşəkar mütəxəssislərdən ibarət komandada iş imkanı
İş qrafiki: (Bazar ertəsi - Cümə / 08:30-17:30, tam ştat)
Azərbaycan Respublikası ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə
Korporativ nömrə və iş görüşmələri zamanı avtomobil ilə təmin edilmə
Limitsiz çay, kofe və mehriban kollektiv