Keyfiyyətə Nəzarət Şöbəsinin müdiri

STP BTECH

18.07.2025

1
Müraciət et

İş detalları

Bakı Tam Ali R/Y Son tarix 
17 08 2025
İşin təsviri

Keyfiyyətə Nəzarət Şöbəsinin təşkili və gündəlik fəaliyyətinin idarə olunması;
Yerli standartlar və müştəri tələbləri nəzərə alınmaqla şirkətdaxili keyfiyyət standartlarının hazırlanması və tətbiqi;
İstehsalat və quraşdırma proseslərinin monitorinqi və uyğunluğunun təmin edilməsi;
Şöbənin fəaliyyətini tənzimləyən zəruri prosedur və siyasətlərin hazırlanması;
Keyfiyyətə Nəzarət Laboratoriyasının yaradılması və işə salınması, laboratoriyanın fəaliyyətinin əsaslarının müəyyən edilməsi
İşçi heyətinin formalaşdırılması və peşəkar inkişafının təmin olunması;
Keyfiyyət pozuntularının analizi və aradan qaldırılması üçün düzəldici və qabaqlayıcı tədbirlərin hazırlanması və tətbiqi;
Bənzər işlərdə keyfiyyətlə bağlı xarici standartların və tətbiqlərin araşdırılması və öyrənilməsi

Namizədə olan tələblər

Ali texniki təhsil (Mühəndislik və ya uyğun ixtisas üzrə);
Keyfiyyətə nəzarət və idarəetmə sahəsində minimum 5 il iş təcrübəsi (yol tikintisi, montaj sənayesi və ya oxşar sahədə təcrübəyə üstünlük verilir);
Beynəlxalq və yerli keyfiyyət standartları ilə (ISO 9001, AZS və s.) işləmək bacarığı;
Güclü təşkilatçılıq və idarəetmə bacarıqları;
Komanda ilə işləmə və rəhbərlik təcrübəsi;
Yüksək peşəkarlıq və məsuliyyət hissi.
Keyfiyyətə Nəzarət Şöbəsinin qurulmasında əvvəlki təcrübəyə malik namizədlərə üstünlük veriləcək.

İş şərati

Rəqabətədavamlı, motivasiyaedici əmək haqqı;
Nəqliyyat və yemək təminatı;
Tibbi sığorta;
Peşəkar təlimlərdə iştirak imkanı.
Maraqlanan namizədlərdən xahiş olunur ki, CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Oxşar vakansiyalar