Palıd - 2015 MMC

Mühasib

15.12.2025

7
Müraciət et

İş detalları

Bakı Tam Ali Son tarix 
14 01 2026
İşin təsviri

Vergi və mühasibat uçotunun düzgün və qanunvericiliyə uyğun aparılması;
Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab-fakturalarının hazırlanması;
Qarşılıqlı hesablaşmaların aparılması, üzləşmə aktlarının tərtib edilməsi;
Mühasibat uçotu ilə bağlı sənədlərin tamlığını və qorunmasını təmin etmək;
Vergi orqanları ilə yazışmaların aparılması, daxil olan məktubların nəzarətdə saxlanılması;
Vergi hesabatlarının hazırlanması və vaxtında təqdim edilməsi;
Debitor və kreditor borcların, nağd vəsaitlərin, mal qalığının, gəlir və xərclərin uçotunun aparılması;
Əmək haqqı, ezamiyyə və son haqq-hesabların düzgün hesablanması və ödənilməsinə nəzarət;
Mühasibat və vergi hesabatlarının tərtib edilməsi və aidiyyəti qurumlara təqdim olunması;

Namizədə olan tələblər

Təhsil: Ali təhsil (maliyyə-mühasibatlıq sahəsi üzrə olması üstünlükdür);
Mаliyyə sаhəsi üzrə 3 (üç) ildən аz оlmаyаrаq iş təcrübəsi;
Beynəlxalq maliyyə standartlarını bilmək: ACCA, AFCA, CIMA, PMS sertifikatları üstünlükdür;
Komandada işləmə bacarığı, ünsiyyət, işgüzarlıq baxımından yüksək bacarıqlara sahib olmalı;

İş şərati

Əmək haqqı: Müsahibə zamanı təyin ediləcəkdir;
İş rejimi: 6 günlük, Həftə içi saat 09:00-18:00, Şənbə günü saat 09:00-15:00, İstirahət günü - Bazar;
İşə qəbul əmək qanunvericiliyinə uyğun olaraq həyata kecirilir;
Nahar yeməyi və korporativ nömrə şirkət tərəfindən qarşılanır;

Oxşar vakansiyalar