Risklərin İdarəedilməsi və Daxili Nəzarət üzrə Mütəxəssis

Zeytun Pharmaceuticals

15.12.2025

23
Müraciət et

İş detalları

Bakı Tam Ali 1200-1500 Son tarix 
14 01 2026
İşin təsviri

Şirkətin anbarları arasında mal hərəkətinə 1C-proqramı üzrə nəzarət edilməsi və əməliyyatların düzgünlüyünün yoxlanılması
1C proqramına mədaxil edilmiş yerli satıcılardan daxil olan malların sayının sənədlərə uyğunluğuna nəzarət edilməsi və alış qiymətindən aşağı satışın qarşısının alınması
Mütəmadi olaraq əməkdaşlıq edilən şirkətlərlə qarşılıqlı hesablaşmaların yoxlanması və aktlaşdırılması
Alıcılar və satıcılarla münasibətlərdə risklər üzrə informasiyalar haqqında hesabatların hazırlanması
Apteklərin yerlərdə audit yoxlamanmasının təşkili, Zeytun Pharmaceuticals MMC-nin tələblərinə uyğun olub olmamasının yoxlanılması
Zeytun Pharmaceuticals MMC tərəfindən satılan malların apteklər tərəfindən digər satıcılardan alınmasının aşkar edilməsi və qarşısının alınması
Zeytun Pharmaceuticals MMC tərəfindən apteklərə ayrılmış depozit və aylıq limitlərə nəzarət edilməsi
Zeytun Pharmaceuticals MMC və aptek arasında olan borcların müqayisəsinin aparılması
Apteklərdəki mal qalıqlarının verilən limit və depozitə uyğun olub olmamasının yoxlanılması
Aptek daxilində mövcud çeşidlərinin, alış qaimələrinin təhlili

Namizədə olan tələblər

Ali iqtisadi təhsil
Qiymətlərə nəzarət sahəsində 3 ildən az olmayan iş stajı
Yüksək səviyyədə texniki (kompyüter) bacarığı (MS Windovs, MS Office, 1C və s), Beynəlxalq
audit standartları (BAS) üzrə üsullar haqqında biliklər
Riyazi təhliletmə bacarığı, risklərin idarə olunmasına dair biliklər, özünü tənqidetmə və
müstəqilliyi qoruma qabiliyyəti, müşahidə aparmaq və faktları müəyyən etmək bacarığı

İş şərati

İş qrafiki: 6 günlük iş həftəsi, 09.00-dan 18.00 kimi;
İş yeri: NZS qəsəbəsi, Oqtay Vəliyev küç. 21C, Depo;
Nahar və Tibbi sığorta şirkət tərəfindən təmin edilir;
Əmək haqqı: 1200 - 1500 AZN

Oxşar vakansiyalar