İş detalları
14 01 2026
İşin təsviri
Universitetdə Məzun Platformasını yaratmaq;
Universitetin məzunlarının işlə təmin edilməsinə köməklik göstərmək;
Universitetin tələbələrinin işlə bağlı maraq dairəsini öyrənmək üçün sorğular keçirmək, CV-lərini hazırlamaq, CV bazası yaratmaq;
Vakansiyaları daima izləmək, onlar haqqında məlumat almaq, şirkətlərin HR menecerləri ilə görüş təşkil etmək və onlarla əməkdaşlıq etmək;
Universitetdə karyera günlərini təşkil etmək;
Müxtəlif təşkilatların nümayəndələrini dəvət etmək, onların tələbələrlə görüşlərini təşkil etmək;
Tələbələr üçün treyninqlər və seminarlar təşkil etmək;
Məzun günlərinin təşkilinə və keçirilməsinə köməklik göstərmək;
Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə, universitetin Nizamnaməsinə, təsisçilərin Ümumi Yığıncağının və Elmi Şuranın qərarlarına, rektorun əmr və göstərişlərinə əməl etmək;
Öz səlahiyyətləri çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Bilməlidir
Azərbaycan Respublikasının təhsil qanunvericiliyini;
CV formalarının müasir tələblərə uyğun hazırlanmasını, tədbirlərin təşkilini, müəssisələrlə əlaqələrin qurulmasını;
Məsuliyyəti
Əmək funksiyasının icrasına səhlənkar yanaşdığına və vaxtında yerinə yetirilməməsinə görə məsuliyyət daşıyır;
Universitetin maraqlarının, universitetdə konfidensial hesab edilən məlumatların qorunmamasına görə məsuliyyət daşıyır;
Namizədə olan tələblər
Təhsil pilləsi (minimum): Bakalavr
İxtisası: Fərq qoyulmur
İş təcrübəsi (minimum): 3 (üç) ildən az olmayaraq əmək stajı
Dil bilikləri: Azərbaycan; rus və ingilis dili (arzuolunandır)
Kompüter bilikləri: MS ofis proqramları
İş şərati
Departamentin işinin təşkili ilə əlaqədar təkliflər vermək;
Öz vəzifələrini yerinə yetirmək üçün digər struktur bölmələrdən lazımi məlumatları (kommersiya sirrini təşkil edən (konfidensial hesab edilən) məlumatlar istisna olmaqla) almaq;
Departamentin fəaliyyəti ilə əlaqədar məsələlərin müzakirəsində iştirak etmək;
Həyatının, sağlamlığının və əməyin mühafizəsini təmin edən əmək şəraitində çalışmaq;
İş yeri, vəzifəsi, aylıq əmək haqqı və əmək münasibətləri ilə bağlı digər məlumatlar barədə işəgötürəndən müvafiq arayışlar almaq.