İş detalları
21 11 2025
İşin təsviri
Yeni alınmış vəsaitləri sistemə daxil etmək və hər bir vəsaitə müvafiq kod açmaq
Alınmış əsas vəsaitlər üçün istismar müddəti və amortizasiya faizini qəbul olunmuş standartlara əsasən təyin etmək ,vəsaitlər haqqında məlumatları sistemə daxil etmək
Əsas vəsaitləri cari (3 aydan bir ), illik (il sonu) və növbədənkənar inventarizasiyasını aparmaq və vəsaitləri məsul şəxslərə akt şəklində təhvil vermək .
Əsas vəsaitləri onların sistemdəki koduna görə barkodlamaq .
Əsas vəsaitlər üzrə yerdəyişməni nəzarət etmək ,hər bir yerdəyişmə üzrə təhvil-təslim aktı tərtib etmək .
Müəssisədən satılmış və sair kənarlaşmış əsas vəsaitlərin uçotunu düzgün icra olunması və onların icarəyə veriməsi üzrə nəzarət .
Təmirə ehtiyac olunan əsas vəsaitləri (tehvil-teslim aktı ilə) təmirə göndərmək
İşdən çıxan əməkdaşların adında olan vəsaitlərin yoxlanması və təhvil alınması .
Rüblük və illik maliyyə və mühasibat hesabatlarının tərtibi üçün həqiqi və etibarlı uçot göstəricilərinin və informasiyalarının hazırlanması.
Namizədə olan tələblər
Ali təhsil: Maliyyə, İqtisadiyyat, Mühasibat uçotu, Biznes idarəçiliyi və ya əlaqəli ixtisaslar.
İş təcrübəsi: 1 – il maddi vəsaitlərin uçotu, təchizat və ya mühasibatlıq sahəsində təcrübə tələb olunur.
ERP sistemləri (SAP və ya digər resurs idarəetmə proqramları) ilə işləmək bacarığı
Maddi resursların uçotu və idarə edilməsi prinsipləri (mal-material, inventar, ehtiyat və aktivlərin izlənməsi).
Təchizat və anbar idarəçiliyi haqqında biliklər (sifariş, qəbul, saxlanma, paylama prosesləri).
Maliyyə və mühasibat uçotu haqqında əsas anlayışlar (xüsusilə aktivlərin dəyər hesablanması və amortizasiya prinsipləri)
Şəxsi keyfiyyətlər:
Dəqiqlik və məsuliyyətlilik
Analitik və sistemli düşüncə
Güclü təşkilatçılıq və vaxt idarəetməsi
Komanda ilə işləmək bacarığı
Şəffaflıq və etik davranış
Problemləri proaktiv şəkildə həll etmə bacarığı
İş şərati
İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
Əmək haqqı: Müsahibə əsasında təyin edilir
Təminatlar:
İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
Nahar ilə təmin edilmə;
Şirkət nömrəsi ilə təmin olunur.