İş detalları
27 12 2025
İşin təsviri
Prospect Cloud ERP olaraq bizneslərin avtomatlaşdırılması, rəqəmsallaşdırılması və proseslərin optimallaşdırılması üzrə ixtisaslaşmış texnologiya şirkətidir. Müştərilərimizə innovativ həllər təqdim etməklə onların inkişafına dəstək oluruq.
Hazırda kreativ komandamıza qoşulacaq yarım ştat Videoqraf axtarırıq. Əgər hekayə danışmağı, vizual çarxlar yaratmağı və dinamik biznes mühitində çalışmağı sevirsənsə — səni komandamızda görməkdən məmnun olarıq!
Namizədə olan tələblər
Video çəkiliş və montaj sahəsində təcrübə (portfolionun təqdim edilməsi vacibdir)
Kamera, işıqlandırma və səs avadanlıqlarına sahib olmaq və iş təcrübəsi
Adobe Premiere Pro, Davinci Final, CapCut və ya oxşar proqramlarda montaj bacarığı
Kreativ yanaşma, vizual estetik duyumu
İnsanlarla ünsiyyət və çəkiliş prosesini idarəetmə bacarığı
Komandada və müstəqil işləmə bacarığı
Videolar üçün ssenari yazma bacarığı əlavə üstünlükdür
Məhsulun öyərənilməsi üçün şirkət daxili toplantılarda iştirak
Bakı şəhərində yaşayış
İş şərati
Yarım ştat / Part-time iş qrafiki
İş saatları sərbəst — nəticə yönümlü əmək modeli
Karyera və peşəkar inkişaf imkanı
Dost və dəstəkləyici iş mühiti
Müştəri görüşləri və çəkilişlər üçün şirkət tərəfindən dəstək
Rəqabətə uyğun əməkhaqqı (müsahibə əsasında müəyyən olunur)