İş detalları
17 12 2025
İşin təsviri
Şirkətin marketinq strategiyasının hazırlanması və həyata keçirilməsi;
Qısa və uzunmüddətli marketinq fəaliyyət planlarının işlənməsi və tətbiqi;
Bazar meyllərinin və istehlakçı davranışlarının araşdırılması, məhsul və xidmətlərin təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsi;
Marketinq büdcəsinin hazırlanması və səmərəli idarə olunması;
SEO/SEM, Google Ads, Facebook, Instagram, TikTok, LinkedIn və digər platformalarda reklam kampaniyalarının yaradılması, təhlili və optimallaşdırılması;
Performansa əsaslanan KPI-lərin müəyyənləşdirilməsi və izlənilməsi;
Brend mövqeyinin gücləndirilməsi və brend strategiyasının həyata keçirilməsi;
Web analitikası alətləri (Google Analytics, Hotjar, Yandex.Metrika və s.) vasitəsilə nəticələrin təhlili;
Satış komandası ilə birgə marketinq kampaniyalarının hazırlanması və həyata keçirilməsi;
Müştəri seqmentlərinin müəyyən edilməsi və CRM sistemləri vasitəsilə müştəri bazasının inkişaf etdirilməsi;
Marketinq layihələrinin effektivliyini qiymətləndirmək üçün dövri hesabatların hazırlanması;
Komandanın idarə olunması, motivasiyası və inkişaf planlarının hazırlanması;
PR təşəbbüslərinin, media əməkdaşlıqlarının və korporativ tədbirlərin təşkili;
Marketinq, media və PR agentlikləri ilə əməkdaşlığın idarə edilməsi;
Rəqiblərin fəaliyyəti və bazar tendensiyalarının davamlı izlənməsi və təhlili.
Namizədə olan tələblər
Təhsil: Ali təhsil (Marketinq, biznesin idarə edilməsi və ya müvafiq sahə üzrə təhsil);
İş təcrübəsi:
5 il marketinq sahəsində iş təcrübəsi;
2 il marketinq meneceri olaraq iş təcrübəsi.
Rəqəmsal marketinq kanallarının idarə olunması (SEO, SEM, SMM, E-mail marketinq və s.);
Google Ads, Meta Ads, LinkedIn Ads və analitika alətləri ilə işləmək bacarığı;
SEO/SEM, sosial media, reklam və kontent marketinqi sahələrində dərin biliklər;
Brend idarəçiliyi və bazar mövqeyinin qurulması üzrə biliklər;
Yaradıcılıq, təşəbbüskarlıq və qərarvermə bacarığı;
Stratejik düşünmə və analitika bacarığı;
Layihələrin idarə edilməsi və komandanın idarə edilməsi bacarığı;
Komandada iş və qarşılıqlı əməkdaşlıq bacarığı;
Effektiv kommunikasiya bacarığı;
Problemləri operativ və nəticəyönümlü şəkildə həll etmək bacarığı;
Hesabatlılıq və təqdimat hazırlamaq bacarığı;
Azərbaycan dilində səlis yazılı və şifahi nitq (ingilis və rus dillərinin bilməsi üstünlükdür).
İş şərati
Əmək haqqı: 2000 – 2500 AZN (namizədin təcrübəsinə əsasən);
Karyera inkişafı və strateji qərarvermə proseslərində iştirak imkanı;
Gənc və peşəkar komanda ilə dinamik iş mühiti.
Ünvan: Elmlər Akademiyası, Zahid Xəlilov 25A.