Content Creator / Video Content Creator

Pilgrim Education

16.11.2025

172
Müraciət et

İş detalları

Bakı Tam Ali Son tarix 
16 12 2025
İşin təsviri

Pilgrim Education komandası inkişaf edib böyüməyə davam edir və biz brendimizin vizual kimliyini gücləndirəcək, kreativ və dinamik Content Creator / Video Content Creator axtarırıq.

Video, foto, storis, mətnlər, rubrikalar və ssenarilər daxil olmaqla kontent ideyalarının hazırlanması.
Müxtəlif platformalar üçün ssenarilər və qısa mətnlərin yazılması.
Ofisdə və şirkətin tədbirlərində çəkilişlərin aparılması.
Çəkiliş zamanı əməkdaşlar və spikerlərlə işləmək, kadri düzgün qurmaq və ideyanı izah etmək.
Videomaterialın ilkin təşkil olunması: sortlaşdırma, uğurlu dublyajların seçilməsi, dizaynerə/videomontajçıya yönləndirilmək üçün qeydlərin hazırlanması.
SMM şöbəsi ilə birgə kontent-kalendarın aparılması.
TikTok, Instagram Reels, LinkedIn və digər platformalardakı trendləri izləmək və şirkətin fəaliyyətinə uyğunlaşdırmaq.

Namizədə olan tələblər

Sosial şəbəkələr üçün video və mətn kontentinin hazırlanmasında təcrübə.
Kamera və ya telefonla işləmə bacarığı, kadri “hiss etmə” qabiliyyəti.
Kompozisiya, işıq və kadr quruluşu üzrə baza bilikləri.
Kreativ düşüncə, güclü vizual zövq və stil hissi.
Fərqli formatların (Reels, Shorts, Telegram, LinkedIn və s.) spesifikasını anlamaq.
Üstünlük veriləcək: CapCut, Adobe Premiere, DaVinci Resolve kimi proqramlarda montaj üzrə ilkin biliklər.
Rus dilini bilmək üstünlükdür.

İnnovativ düşüncəyə sahib, dinamik və yaradıcı bir komandasına qoşulmaq istəyirsinizsə sizi Pilgrim Education ailəsinə dəvət edirik!

İş şərati

Oxşar vakansiyalar