İş detalları
05 12 2025
İşin təsviri
Aylıq, rüblük, illik vergi, DSMF və statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi;
Əmək haqqı, məzuniyyət və son haqq-hesabın hesablanması;
Vergi sahəsi ilə bağlı əməliyyatların icrası, bütün vergi hesabatlarının göndərilməsi;
1C mühasibatlıq proqramında operativ uçotun təmin olunması üçün müvafiq müxabirləşmələrin həyata keçirilməsi;
Maliyyə hesabatlarının (MVHH, MZHH, PVHH) hazırlanması;
Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqların vaxtlı-vaxtında və dəqiq icra edilməsi.
Namizədə olan tələblər
Ali təhsil (maliyyə, mühasibat uçotu və ya audit);
Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi;
Mühasibatlığa dair cari qanunvericilik bilikləri (Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi üzrə);
Yüksək səviyyədə kompüter bacarıqları (xüsusilə Excel), 1C;
New.e-taxes, e-gov, e-sosial və digər portallardan istifadə etmək bacarığı;
Komandada işləmək bacarığı;
MHBS səviyyəsində Peşəkar Mühasib Sertifikatının (PMS) olması;
Mənfəət və ƏDV vergi bəyannamələrini təqdim edə bilməsi;
Uçot əməliyyatlarını və mühasibat müxabirləşmələrini bilməsi.
İş şərati
5 günlük iş qrafiki;
Bakı şəhəri, Hüseynbala Əliyev 32/24
Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.