İş detalları
03 12 2025
İşin təsviri
Müştəriyə texniki dəstək xidmətlərinin səmərəli şəkildə göstərilməsi, müştəriyə yerində yardım göstərilməsi;
“Service Desk” vasitəsi ilə qeydiyyata alınan bütün sorğuların vaxtında cavablandırılması və həll olunması;
Nəzarət-kassa aparatlarında proqram təminatlarının quraşdırılması, yüklənməsi və problemlərin aşkar olunaraq operativ şəkildə icra olunmasını təmin etmək;
Hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
Namizədə olan tələblər
Microsoft Windows və Android əməliyyat sistemləri barəsində biliklər;
Desktop, laptop və mobil cihazların şəbəkəyə qoşulma prinsipləri haqqında biliklər;
Simsiz şəbəkə nöqtəsi barədə baza bilikləri;
Kompyüter texnikası haqqında ümumi anlayış;
Şəbəkə avadanlıqları haqqında ümumi anlayış;
Nasazlıqların axtarışı üzrə bacarıqlar;
Xidmət masası (Service Desk) ilə iş təcrübəsi;
Microsoft Office proqramlarından istifadə təcrübəsi;
Avtomobil və sürücülük vəsiqəsi olması mütləqdir.
İş şərati
Ərazi: Hacıqabul, Şirvan, Sabirabad, Saatlı, Salyan, Neftçala, Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Astara, Lerik
İş qrafiki: 5 günlük iş həftəsi
İş vaxtı: 09:00 – 18:00