İş detalları
03 12 2025
İşin təsviri
Zavodun istehsalat avadanlıqlarının elektrik sistemlərinə nəzarət və texniki xidmət göstərmək;
Nasazlıqları aşkarlamaq və aradan qaldırmaq;
Elektrik təchizatı və işıqlandırma sistemlərinin fasiləsiz işləməsini təmin etmək;
Təhlükəsizlik qaydalarına riayət etmək və profilaktik baxış işlərini yerinə yetirmək;
İstehsalat xətlərində (pastorizator, dolum, soyutma, nasos, kompressor və s.) elektrik və avtomatika sistemlərinə nəzarət etmək;
Enerji sərfiyyatına nəzarət etmək, qənaət və optimallaşdırma təklifləri vermək;
Elektrik avadanlıqlarının planlı texniki baxış və profilaktikasını aparmaq;
Qəza hallarında operativ reaksiya göstərmək və təhlükəsizliyin təmin olunmasına nəzarət etmək.
Namizədə olan tələblər
Elektrik ixtisası üzrə orta ixtisas və ya ali təhsil;
Müvafiq sahədə (sənaye və ya istehsalat müəssisəsində) minimum 5 il iş təcrübəsi;
Elektrik sxemləri ilə işləmə bacarığı;
Avtomat açarları, kontaktorlar, relelər və digər elektrik komponentləri ilə işləmə təcrübəsi;
Məsuliyyətli, diqqətli və operativ olmalı.
İş rejiminə və intizam qaydalarına ciddi riayət etmək;
İş şərati
İş qrafiki: 6 günlük
Əmək haqqı: 900 Azn
Ünvan: Binəqədi yolu 100
Nahar şirkət tərəfindən təmin edilir