İş detalları
02 12 2025
İşin təsviri
JETRUN GLOBAL TRADING MMC olaraq Babək prospektində yerləşən yeni avtosalonumuz üçün motivasiyalı, müştəriyönümlü və satış bacarıqlarına malik avtomobil satış məsləhətçiləri axtarırıq. Bu vəzifədə sizin əsas məqsədiniz müştərilərə yüksək səviyyədə xidmət göstərmək və onların avtomobil seçimi prosesində peşəkar dəstək olmaqdır.
Sərgi salonuna gələn və ya onlayn müraciət edən müştəriləri qarşılamaq və onlara xidmət göstərmək
Müştərinin ehtiyaclarını müəyyən edərək uyğun avtomobil modellərini təklif etmək
Avtomobillərin xüsusiyyətləri, texniki göstəriciləri, qiymətləri və maliyyələşdirmə imkanları haqqında ətraflı məlumat vermək
Qiymət və satış şərtlərini razılaşdırmaq
Kredit, və digər sənədləşmə proseslərində müştərilərə dəstək göstərmək
Avtomobillərin vaxtında təhvil verilməsini və yüksək müştəri məmnuniyyətini təmin etmək
Müştəri bazasını idarə etmək və əlaqələri uzunmüddətli əməkdaşlığa çevirmək
Aylıq və rüblük satış planlarını yerinə yetirmək və ya aşmaq
Şirkətin marketinq və kampaniya tədbirlərində aktiv iştirak etmək
Namizədə olan tələblər
Avtomobil satışı və ya müştəri xidməti sahəsində iş təcrübəsi arzuolunandır
Yüksək ünsiyyət və təqdimat bacarığı
Avtomobil texnologiyası və maliyyələşdirmə imkanları haqqında məlumatlı olmaq
Satış hədəflərinə fokuslanan və özünü motivasiya edə bilən
Peşəkar görünüş və pozitiv yanaşma
İş şərati
Rəqabətli əsas əmək haqqı (1000-2500 azn)%
Davamlı təlim və karyera inkişafı
Dəstəkləyici komanda mühiti
İrəliləmək üçün imkanlar
Təklif etdiyimiz ÇİN Təlim Turu