İş detalları
21 11 2025
İşin təsviri
Şirkətin Direktorunun fəaliyyətinin təminatı üzrə işlərin həyata keçirilməsi üçün rəylər təqdim etmək.
Şirkətin Direktorunun göstəriş və tapşırıqlarına müvafiq olaraq, Şirkətin fəaliyyətinin müəyyən məsələləri üzrə materialların baxılmasında, öyrənilməsində, yığımında və təhlilində iştirak etmək.
Şirkətin Direktoruna lazım olan məlumatları Şirkətin quruluş bölmələrindən, onun əmr və göstərişlərinin icraçılarından əldə etmək, zəruri hallarda, əldə edilmiş məlumatları ümumiləşdirmək, sistemləşdirmək və təhlil etmək.
Şirkətin Direktorunun keçirdiyi qəbulların, danışıqların, müşavirələrin və yığıncaqların zəruri hazırlığını (o cümlədən, lazım olan materialların yığımı, referat və arayışların hazırlanması, iştirakçıların müşavirənin və yığıncağın tarixi, yeri və gündəliyi haqqında məlumatlandırılması və s.) görmək.
Direktorun tapşırığı ilə Şirkətin quruluş bölmələrinin iclas və müşavirələrində iştirak etmək, həmçinin göstərilən iclas və müşavirələrin yekunları barədə Şirkətin Direktoruna yazılı və ya şifahi şəkildə məruzə etmək.
Direktorun qərarlarının icrasına nəzarət etmək.
Direktorun göstərişi ilə Direktor köməkçisi səlahiyyətlərinə bilavasitə aid olan digər vəzifələri yerinə yetirmək.
Namizədə olan tələblər
Rus dilində sərbəst danışıq (İngilis dili biliyi arzuolunandır)
İş şərati
İş yeri: Bakı şəhəri, Tbilisi Prospekti
İş qrafiki: 6 günlük iş rejimi
Əmək haqqı 600 azn