İş detalları
28 11 2025
İşin təsviri
Problemli kreditlərin sağlamlaşdırılması və borcların qaytarılması istiqamətində tədbirlərin həyata keçirilməsi;
İcraatında olan kredit portfellərinə nəzarət edilməsi;
Gecikmə gününə müvafiq olaraq borclulara telefon zənglərinin olunması, gecikmə səbəbinin araşdırılması və ödənişlərin təmin olunması;
Borclular tərəfindən olunan ödənişlərin hesabatının verilməsi;
Vaxtı ötmüş borclarla işin effektiv şəkildə aparılması;
Rəhbərlik tərəfindən verilən tapşırıqların dəqiq və düzgün şəkildə icra olunması;
Günün sonu görülən işlərlə bağlı rəhbərliyə hesabatın verilməsi.
Namizədə olan tələblər
Yaş həddi: 21-30
Ali təhsil
Universiteti bitirmiş və yaxud müvafiq vəzifə üzrə 1 ilədək iş təcrübəsi;
Office proqramlarında işləmək bacarığı;
Azərbaycan dilində səlist danışıq qabiliyyəti, rus və ingilis dili arzuolunandır.
Yüksək dərəcədə ünsiyyət və komanda ilə işləmək bacarıqları;
Müştərilərlə davranış etikası.
Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
Bank və yaxud qeyri bank sahəsində, kredit, call center sahəsində müştərilərlə iş təcrübəsi olanlara üstünlük veriləcəkdir.
İş şərati
Əmək haqqı – 400 azn (+1000 manata qədər və daha çox bonus imkanı və loyallıq proqramına əsasən mükafat)
İş qrafiki: həftə içi 5 gün, 09:00 - 18:00 (Bazar ertəsi - Cümə);
Şənbə və bazar istirahət;
Nahar fasiləsi: 13:00 – 14:00;
Azərbaycan Respublikası ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
Rahat ofis və əlverişli iş mühitində çalışma imkanı;
Əmək haqqına mükafat və əlavə bonuslar;
İş ilinin tamamında vəzifə və əmək haqqı artımı;
Korporativ nömrəylə təmin edilmə;
Rəsmi dövlət bayramları və xüsusi günlərdə istirahət;
Karyera və inkişaf perspektivləri;
Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı.