İş detalları
28 11 2025
İşin təsviri
Məktəbin bütün müşahidə kameralarının fasiləsiz və düzgün işləməsinə nəzarət etmək.
Kameralar vasitəsilə kompleksin giriş-çıxış qapılarını, daxili ərazilərini və perimetrini daimi izləmək.
Şübhəli hərəkət, intizam pozuntusu və ya təhlükə halları aşkar edildikdə dərhal növbə rəisinə və ya gözətçilərin koordinatoruna məlumat vermək.
Gündəlik müşahidə və nasazlıq qeydlərini müvafiq jurnalda qeyd etmək.
Şagirdlərin, heyətin və qonaqların təhlükəsizliyinin təmin olunmasına kamera müşahidəsi vasitəsilə dəstək vermək.
Kamera otağında konfidensiallıq və etik davranış prinsiplərinə ciddi riayət etmək.
Gözətçilərin koordinatoru tərəfindən verilən aidiyyəti digər tapşırıqları yerinə yetirmək (məsələn: video yazılışlara baxmaq, baş vermiş hadisələri kameralardan araşdırmaq, itirilmiş əşyaların tapılmasına kömək göstərmək).
Namizədə olan tələblər
Ali və ya orta ixtisas təhsil səviyyəsi
Təhlükəsizlik sahəsində və ya müşahidə kameraları ilə işləmək sahəsində minimum 1 il iş təcrübəsi;
Yüksək diqqətlilik və məsuliyyət hissi;
Müşahidə qeydlərini dəqiq və sistemli şəkildə aparmaq bacarığı;
Komanda ilə işləmək və verilən tapşırıqları vaxtında yerinə yetirmək bacarığı;
Kompüter bilikləri (əsas ofis proqramlarında işləmə bacarığı) arzuolunandır;
İş şərati
550 – 700 AZN əməkhaqqı
Məktəbin yeməkxanasında nahar imkanı
Ödənişsiz dayanacaq yeri ilə təmin olunma
Əməkdaşın övladları üçün təhsil haqqına 70%-lik endirim imkanı
İş qrafiki: Beş iş günü, saat 08:00 – 17:00 (Bazar ertəsi – Cümə)