İş detalları
28 11 2025
İşin təsviri
Mühasibat uçotunun aparılması və maliyyə sənədlərinin tərtibi;
Gündəlik bank əməliyyatlarının və kassa hərəkətlərinin qeydiyyatı;
Əməkhaqqı, ezamiyyə və digər ödənişlərin hesablanması;
Vergi, DSMF, Statistika və digər dövlət qurumlarına hesabatların hazırlanması və təqdim edilməsi;
Əməliyyatların 1C mühasibat proqramında qeydiyyatı;
Aylıq və illik maliyyə hesabatlarının hazırlanmasında iştirak.
Namizədə olan tələblər
Mühasibat, Maliyyə və ya İqtisadiyyat ixtisası üzrə ali təhsil;
Minimum 2 il iş təcrübəsi;
1C və MS Excel proqramlarında peşəkar səviyyədə işləmək bacarığı;
Vergi Məcəlləsi və mühasibat uçotu prinsipləri haqqında biliklər;
Dəqiqlik, məsuliyyət və analitik düşüncə qabiliyyəti.
İş şərati
İş yeri: Bakı şəhəri;
İş qrafiki: 5 günlük (09:00–18:00);
Rəsmi əmək müqaviləsi;
Rəqabətədavamlı əmək haqqı (müsahibə əsasında müəyyən edilir).