Ofis Meneceri / Ofis Koordinatoru

Orzax

29.10.2025

82
Müraciət et

İş detalları

Bakı Tam Vacib deyil 900 - 1600 Son tarix 
28 11 2025
İşin təsviri

Şirkətin gündəlik inzibati fəaliyyətini və ofisin iş qaydalarını effektiv idarə etmək;
Rəhbərlik üçün gündəlik, həftəlik və aylıq hesabatların hazırlanması və təqdim olunması;
Gələn və gedən sənədlərin, məktubların, müqavilələrin və yazışmaların düzgün qeydiyyatı və nəzarəti;
Daxili sənədlərin sistemləşdirilməsi, arxivləşdirilməsi və mühafizəsi;
Təchizat və satınalma şöbələri ilə koordinasiyada ofis ehtiyaclarının təmin edilməsi;
Ofis büdcəsinin planlaşdırılması və xərclərə nəzarət (təsərrüfat, təchizat, xidmət müqavilələri və s.);
Rəhbərliyin görüşlərinin, səfərlərinin və daxili iclasların təşkili;
Ofisə gələn qonaqların qarşılanması, müvafiq istiqamətə yönləndirilməsi və informasiya təminatı;
HR bölməsi ilə əməkdaşlıq edərək işçi sənədlərinin və inzibati məsələlərin (məzuniyyət, davamiyyət və s.) izlənməsi;
ERP/CRM sistemlərində məlumatların daxil edilməsi və yenilənməsi;
Korporativ tədbirlər və daxili kommunikasiya proseslərinin təşkili.

Namizədə olan tələblər

Yaş aralığı: 35 – 45 yaş
Ali təhsil (menecment, biznesin idarə edilməsi, iqtisadiyyat və ya əlaqədar sahə üzrə);
Minimum 5 il inzibati və ya ofis idarəçiliyi təcrübəsi;
Excel və MS Office proqramlarında yüksək səviyyəli biliklər (hesabat və analitik bacarıq mütləqdir);
ERP və CRM sistemləri ilə iş təcrübəsi üstünlükdür;
Yüksək təşkilatçılıq, planlaşdırma və analitik düşünmə bacarıqları;
Səlis yazılı və şifahi nitq (Azərbaycan dili mükəmməl, İngilis və ya Rus dili arzuolunandır);
Etibarlı, məsuliyyətli, konfidensial məlumatlarla işləmək bacarığına malik;
Stressə davamlılıq, nəticəyönümlü yanaşma və çoxtapşırıqlı iş mühitində çeviklik.

İş şərati

Peşəkar və dinamik iş mühiti (beynəlxalq brendlərlə işləmə imkanı);
Şirkət tərəfindən təmin olunan nahar;
İllik performans qiymətləndirilməsi və bonus sistemi;
Karyera artımı və idarəetmə bacarıqlarının inkişafı üçün təlimlər;
Müasir ofis şəraiti və rahat iş mühiti;
Rəhbərliklə birbaşa əlaqədə olan və strateji inzibati rolda işləmək imkanı.

Maaş: 900 – 1600 AZN
İş yeri: Bakı, Orzax (bioherbalbaku mmc)
İş rejimi: Həftənin 5 günü (09:00 – 18:00)

Oxşar vakansiyalar