İnşaat mühəndisi

Capital Construction

29.10.2025

44
Müraciət et

İş detalları

Bakı Tam Ali 1700 - 2000 Son tarix 
28 11 2025
İşin təsviri

Tikinti sahələrində işlərin layihə çertyojları, sənədləri, istehsalat planı və normativlərə uyğun təşkili;
Tikinti işlərinin texnoloji ardıcıllığa riayət olunmasına və işlərin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət;
Tikinti işlərinin tikinti normalarına, qaydalarına və normativlərinə riayət olunmasına nəzarət;
Metal konstruksiyaların quraşdırılması və montajı üzrə işlərin təşkili;
Sahədə metal konstruksiyaların quraşdırılmasının və birləşmələrinin keyfiyyətinin yoxlanılması;
Metal konstruksiyalar üzrə risklərin qiymətləndirilməsi və təhlükəsiz iş metodlarının tətbiqi;
Tikinti layihəsinə cəlb edilmiş subpodratçı şirkətlər tərəfindən görülən işlərin koordinasiyasının həyata keçirilməsi;
İnşaat işlərinin gedişatının, təşkilinin və keyfiyyətinin yoxlanılması; gündəlik iş tərəqqisi barədə hesabatların hazırlanmsı;
Görülmüş işlərin uçotunun aparılması və texniki sənədləşmənin hazırlanması;
Başa çatmış inşaat layihələrinin təhvil-təslimində iştirak edilməsi;
Materialların uçotuna və sifarişinə nəzarət.
İş şəraiti:

Namizədə olan tələblər

Ali təhsil (inşaat mühəndisliyi);
Tikinti sahəsində ən azı 3-5 il iş təcrübəsi;
Tikinti normaları və standartları, texniki sənədləşmə qaydaları barədə biliklər;
Layihələrin icra və nəzarət prinsipləri üzrə təcrübə;
Metal konstruksiyaların layihələndirilməsi, montajı və yoxlanılması üzrə bilik və praktiki təcrübə
AutoCAD və digər mühəndislik proqramlarında işləmə bacarığı;
Komandada koordinasiyalı işləmə qabiliyyəti.

İş şərati

İş yeri: Lökbatan qəs., Xacəsən yolu, 57 (Lökbatan dairəsinin yanı);
İş qrafiki: 6 günlük iş həftəsi;
Əmək haqqı: 1700-2000 AZN;
Qidalanma: Şirkət tərəfindən təmin olunur.

Oxşar vakansiyalar