İş detalları
28 11 2025
İşin təsviri
Mən nə edəcəm?
Qabyuyan olaraq siz əla qonaq və üzv təcrübəsi təqdim etmək üçün ümumi təmizləmə vəzifələrini yerinə yetirmək və qabyuyan maşınlarını idarə etmək üçün məsuliyyət daşıyırsınız. Bütün xidməti ərazilərinin təmiz saxlanmasını təmin etmək, əməyin təhlükəsizliyi, sağlamlıq və gigiyena qaydalarına, sağlamlıq və təhlükəsizlik qaydalarına riayət etmək qabyuyandan tələb olunacaqdır. Xüsusilə, siz aşağıdakı vəzifələri ən yüksək standartlara uyğun olaraq yerinə yetirmək üçün məsuliyyət daşıyacaqsınız:
Qazan yuyan maşınları idarə etmək və gigiyena qaydalarına və şirkət standartlarına uyğun olaraq gigiyenik iş mühitini qorumaq
Standartlara əsasən, xidməti ərazinin süpürülməsi, silinməsi, yuyulması daxil olmaqla ümumi təmizliyin həyata keçirilməsi, həmçinin, zibil qutularının və digər qutuların boşaldılması, düzgün qablarda yerləşdirilməsinin təmin edilməsi
Bütün mətbəxin təmiz saxlanmasını və mətbəx sahəsindəki bütün avadanlıqların təmizlik cədvəlinə uyğun olaraq təmizlənməsini təmin etmək
Hər hansı texniki xidmət və ya təhlükə məsələləri barədə növbətçi nəzarətçiyə məlumat vermək
Namizədə olan tələblər
Biz nə axtarırıq?
Hilton brendlərinə xidmət göstərən qabyuyan həmişə qonaqlarımızın rahatlığının təmin edilməsi üçün çalışır və digər komanda üzvləri ilə birgə fəaliyyət göstərir. Bu rolu uğurla yerinə yetirmək üçün siz aşağıdakı münasibəti, davranışları, bacarıqları və dəyərləri qorumalısınız:
Müsbət münasibət
Yaxşı ünsiyyət bacarıqları
Təzyiq altında işləmək bacarığı
Tək başına və ya komandada işləmək bacarığı
Bütün növbələrdə işləmək bacarığı
İş şərati
Hilton üçün işləmək necə olacaq?
Hilton, tam xidmət göstərən lüks otellər və istirahət mərkəzlərindən tutmuş uzun müddətə qalmaq üçün suitlərə və orta qiymətli otellərə qədər yaşayış sektorunu əhatə edən aparıcı qlobal qonaqpərvərlik şirkətidir. Təxminən bir əsrdir ki, Hilton biznes və istirahət üçün səyahət edənlərə yaşayış, xidmət, şərait və dəyər baxımından ən yaxşısını təklif edir. Hilton özünün qlobal brendlərində müstəsna qonaq təcrübəsi təqdim etmək ənənəsini davam etdirməyə sadiqdir. “Yer üzünü qonaqpərvərliyin işığı və hərarəti ilə doldurmaq” şüarımız bizi hər gün dünyada möhtəşəm qonaqpərvərlik təcrübələri yaratmaq üçün bir komanda kimi birləşdirir. Və bizim heyrətamiz komanda üzvlərimiz hər şeyin mərkəzindədir!