Biznes proseslərinin idarəedilməsi üzrə menecer

Foton

29.10.2025

54
Müraciət et

İş detalları

Bakı Tam Ali Son tarix 
28 11 2025
İşin təsviri

Şirkət üzrə mövcud biznes proseslərini toplamaq, təhlil etmək və modelləşdirmək;
Proses xəritələri, prosedurların hazırlanması və yenilənməsinə rəhbərlik etmək;
Proses-performans göstəricilərini müəyyənləşdirmək və təhlil etmək;
Müxtəlif departamentlərlə əməkdaşlıq edərək proseslərin optimallaşdırılması üzrə təkliflər vermək;
Proses təkmilləşdirilməsi layihələrini planlaşdırmaq və icrasına nəzarət etmək;
Rəqəmsallaşma və avtomatlaşdırma imkanlarını təhlil etmək və təşəbbüslər irəli sürmək;
Standart əməliyyat prosedurlarının (SOP) hazırlanmasına metodiki dəstək vermək;
Daxili nəzarət və riskləri nəzərə alaraq proseslərin uyğunluğunu qiymətləndirmək;
Keyfiyyət, məhsuldarlıq və vaxt itkiləri üzrə analizlər aparmaq;
İdarəetmə sistemlərinin və proseslərin tənzimlənmiş qaydalara uyğunluğunu izləmək;
Məlumatların vizuallaşdırılması üçün müvafiq alətlərdən istifadə etmək (Power BI, Visio və s.).
Yeni biznes proseslərin dizaynı və tətbiqinə texniki və metodoloji dəstək vermək;
İllik fəaliyyət planının hazırlanması və dövri hesabatların təqdim edilməsi;
İdarəetmə üçün tələb olunan sənədlərin, formaların və siyasətlərin hazırlanmasına töhfə vermək;
Proseslərlə bağlı daxil olan təklif və şikayətləri araşdırmaq və həll yolları təqdim etmək;
Audit yoxlamalarında və uyğunluq proseslərində iştirak etmək;
Komplayns tələbləri ilə uyğunluğun təmin edilməsinə dəstək göstərmək;
Departament direktorunun verdiyi digər tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək.

Namizədə olan tələblər

Minimum 5 il strateji planlama və ya komplayns sahəsində iş təcrübəsi;
Müvafiq sahə üzrə ali təhsil;
Analitik və sistemli düşünmə bacarığı;
Yüksək səviyyədə yazılı və şifahi kommunikasiya;
Müvafiq sahə üzrə sertifikasiya;
Strateji planlama və icra nəzarəti üzrə praktiki biliklər;
Güclü analitik, problemləri həll etmə və təşkilatçılıq bacarıqları;
Liderlik bacarıqları;
Strateji planlama və SƏTƏMM sahəsində standartlara dair məlumatları əldə etmək və onlardan istifadə etmək bacarığı.

İş şərati

Bazar rəqabətinə uyğun əmək haqqı;
Könüllü tibbi siğorta (ailə paketi);
“Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
Peşəkar komanda ilə işləmək fürsəti;
İşçinin inkişafı üçün təlim, tədris proqramları.

İş rejimi: 5 günlük
İş yeri: Bakı şəhər

Oxşar vakansiyalar