Daxili audit üzrə aparıcı mütəxəssis

Premier Audit & Consulting

29.10.2025

74
Müraciət et

İş detalları

Bakı Tam Ali Son tarix 
28 11 2025
İşin təsviri

Müəssisədə audit yoxlamalarının planlaşdırılması, təşkili və icrasında iştirak etmək;
Audit planı və proqramına uyğun olaraq risklərin qiymətləndirilməsi və daxili nəzarət sistemlərinin effektivliyinin yoxlanılması;
Audit obyektləri üzrə risk əsaslı yanaşmanı tətbiq etmək, potensial maliyyə və əməliyyat risklərini müəyyənləşdirmək, risklərinin azaldılması məqsədilə tövsiyələr hazırlamaq;
Audit nəticələri əsasında daxili nəzarət və risk idarəetməsi üzrə təkmilləşdirmə tövsiyələri hazırlamaq;
Mühasibat sənədlərinin, əməliyyatların və maliyyə hesabatlarının düzgünlüyünü və tamlığını yoxlamaq, maliyyə göstəriciləri üzrə uyğunsuzluqları və risk sahələrini aşkar etmək;
Şöbə daxili iş fəaliyyətini koordinasiya etmək, tapşırıqların vaxtında və keyfiyyətlə icrasına nəzarət etmək;
Audit hesabatlarını dəqiq, əsaslandırılmış və rəhbərliyə təqdimata hazır formada tərtib etmək;
Şirkətin siyasət və prosedurlarına, həmçinin beynəlxalq peşəkar etik kodeksə əməl etmək;

Namizədə olan tələblər

Ali təhsil - Maliyyə, mühasibat uçotu, audit və ya iqtisadiyyat sahəsində bakalavr dərəcəsi;
Daxili audit və ya digər əlaqəli sahələrdə minimum 3 illik iş təcrübəsi;
Audit və maliyyə sahəsi üzrə beynəlxalq standartlar haqqında dərin biliklər;
Daxili nəzarət sistemlərinin qiymətləndirilməsi, risklərin analizi və audit prosedurlarının planlaşdırılması üzrə praktik bacarıq;
Güclü analitik təhlil, problem həll etmə və məntiqi düşünmə bacarığı;
Komanda ilə effektiv əməkdaşlıq və layihə müddətlərinə riayət etmə bacarığı;
MS Excel, Word, PowerPoint və digər ofis proqramlarında peşəkar səviyyədə işləmə bacarığı;
Peşəkar etik davranış və məxfilik prinsiplərinə riayət;
ACCA, CIA və ya CFA üzrə peşəkar sertifikatların əldə edilməsi üstünlükdür (Financial Accounting mütləqdir.).
Azərbaycan dilində sərbəst, ingilis dilində yaxşı səviyyədə yazı və danışıq bacarığı;
Peşəkar bilik və bacarıqları artırmaq məqsədilə müvafiq təlim və sertifikasiya proqramlarında iştirak etmək üstünlükdür.

İş şərati

Oxşar vakansiyalar