İş detalları
28 11 2025
İşin təsviri
Müştərilərə avtomobillərin xüsusiyyətləri və üstünlükləri barədə ətraflı məlumat təqdim etmək
Müştərinin ehtiyac və tələblərini müəyyən edərək uyğun avtomobili təklif etmək
Test sürüşlərinin təşkili və effektiv təqdimat bacarığı ilə icrası
Satış prosesinin bütün mərhələlərini idarə etmək – ilkin tanıtımdan müqavilə bağlanmasına qədər
Müştərilərlə uzunmüddətli münasibətlərin qurulması və əlaqələrin davamlı saxlanılması
Potensial müştəri bazasının genişləndirilməsi və yeni satış imkanlarının axtarılması
Satış sonrası müştəri məmnuniyyətinin təmin olunması və təkrar satışların təşviqi
Satış planlarının və hədəflərinin yerinə yetirilməsi, aylıq və rüblük hesabatların hazırlanması
Bazar, məhsul və rəqib analizlərinin aparılması, satış strategiyalarının təkmilləşdirilməsi üçün təkliflər vermək
Leasing, kredit və digər maliyyələşdirmə imkanlarını müştərilərə təqdim etmək və prosesə dəstək göstərmək
Şirkətin brend imicini qorumaq və peşəkar müştəri xidmətləri təqdim etmək
Namizədə olan tələblər
Ali təhsil
Avtomobil satış sahəsində minimum 1 il iş təcrübəsi (mütləqdir)
Satış və müştəri xidməti sahəsində güclü bacarıqlar
Azərbaycan dilində səlis danışıq, rus dili arzuolunandır
Avtomobil bazarına dair ümumi bilik və maraq
MS Office proqramları ilə işləmə bacarığı
Yüksək təqdimat və inandırma bacarığı, nəticəyönümlülük
Komandada işləmək və çevik mühitə uyğunlaşmaq bacarığı
İş şərati
İş saatları: 09:00 – 18:00
Ünvan: Toyota Abşeron Mərkəzi