İş detalları
28 11 2025
İşin təsviri
Cəmiyyətin Baş direktorun fəaliyyətinin təminatı üzrə işlərin həyata keçirməsi üçün rəylər təqdim etmək;
Cəmiyyətin Baş direktorun göstəriş və tapşırıqlarına müvafiq olaraq, Cəmiyyətin fəaliyyətinin müəyyən məsələləri üzrə materialların baxılmasında, öyrənilməsində, yığımında və təhlilində iştirak etmək;
Cəmiyyətin Baş direktoruna lazım olan məlumatlar Cəmiyyətin struktur bölmələrindən, onun əmr və göstərişlərinin icraçılarından əldə etmək, zəruri hallarda, əldə edilmiş məlumatları ümumiləşdirmək, sistemləşdirmək və təhlil etmək;
Cəmiyyətin Baş direktorun keçirdiyi qəbulların, danışıqların, müşavirələrin və yığıncaqların zəruri hazırlığını (o cümlədən, lazım olan materialların yığımı, referat və arayışların hazırlanması, iştirakçıların iştirakının müşavirənin və yığıncağın tarixi, yeri və gündəliyi haqqında məlumatlandırılması və s.) görmək;
Baş direktorun tapşırığı ilə Cəmiyyətin struktur bölmələrinin iclas və müşavirələrində iştirak etmək, habelə göstərilən iclas və müşavirələrin yekunları barədə yazılı və ya şifahi şəkildə məruzə etmək;
Baş direktorun qərarlarının icrasına nəzarət etmək;
Baş direktorun köməkçisi səlahiyyətlərinə daxil olan işin icrası üçün zəruri sayılan hər hansı sənəd və materialları, habelə şifahi məlumatları Cəmiyyətin işçilərindən tələb etmək;
Öz səlahiyyətləri çərçivəsində bütün meydana çıxan çatışmazlıqlar barədə bilavasitə Baş direktora məlumat vermək;
Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək;
Namizədə olan tələblər
Ali təhsilli;
2-3 il müvafiq iş təcrübəsi;
Əla səviyyədə Azərbaycan dili və İngilis dili,Rus dili bilikləri;
Yazılı, şifahi nitq qabiliyyəti olmalı
MS Office proqramları üzrə yaxşı səviyyədə biliklər.
Bacarıqlar:
İdarəetmə bacarıqları;
Komandada işləmək bacarığı;
İşin planlaşdırılması bacarığı;
Bilik və bacarıqlarını artırmaq üçün öz üzərində davamlı çalışmaq;
Yaradıcı və təşəbbüskar olmaq;
İş şərati
İş yeri: Bakı şəhəri
Ezamiyyə imkanları (zəruri hallarda)
5 günlük iş rejimi
İş vaxtı: 09:00 – 18:00