Məhsulun təşviqi üzrə menecer

Qala Həyat Sığorta Şirkəti

29.10.2025

33
Müraciət et

İş detalları

Bakı Tam Ali Son tarix 
28 11 2025
İşin təsviri

Şirkətdə biznesin inkişafı fəaliyyətinin həyata keçirilməsi üçün tədbirlər görülməsi;
Şirkətin biznes inkişafı strategiyasının işlənib hazırlanması, strateji və operativ biznes planlarının hazırlanması;
Şirkətin uğurlu imicinin yaradılması;
Biznes proseslərinin təkmilləşdirilməsi;
Bazarın və rəqiblərin tədqiqatı, bazarın iqtisadi durumunun qiymətləndirilməsi, şirkətin biznes fəaliyyətinin və fəaliyyətə təsir göstərən amillərin davamlı təhlili;
Bazarda mövcud olan şirkətlərin, onların məsullarının və tariflərinin öyrənilməsi və təhlili, bazarın seqmentasiyası;
Yeni məhsulların yaradılması, inkişafı və onların təşviq metodlarının seçilməsi;
Marketinq planının hazırlanması və koordinasiyası;
Zəruri marketinq tədbirlərinin müəyyən edilməsi;
Marketinq xərclərinin optimallaşdırılması;
Məhsulların satılması üçün tədbirlərin görülməsi;
Reklam aksiyalarının təşkili və keçirilməsi, bukletlərin, flayerlərin, təqdimatların və digər reklam məhsullarının hazırlanması;
Reklam və media şirkətləri ilə əlaqələrin qurulması, onlardan təkliflərin alınması, sərfəli təkliflərin müəyyən edilməsi, müqavilələrin bağlanması və sonraki işlərinə nəzarət;
Mediayada reklamın yerləşdirilməsi;
Şirkətin saytının və sosial şəbəkələrdə səhifələrinin dəstəyi;
İstehlak tələbinin araşdırılması üçün müştəri sorğu vərəqəsinin hazırlanması;
Müştərilərin şirkətə bağlılığını artırmaq üçün promo hədiyyələrin seçilməsi və sifarişi;
Müştərilərlə əlaqələrin qurulması;
Görülmüş işlərin nəticələrinin təhlili və qiymətləndirilməsi;
Dövrü hesabatların hazırlanması və təhlili;
Vəzifə öhdəlikləri ilə bağlı tələb olunan digər işlərin yerinə yetirilməsi.

Namizədə olan tələblər

Təhsil: Ali.
Dil bilikləri: Azərbaycan və rus dillərində sərbəst ünsiyyət qurmaq bacarığı, (ingilis dili arzu olunandır);
Səlis danışıq qabiliyyəti;
Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı;
İş təcrübəsi: Müvafiq vəzifə üzrə minimum 3 il təcrübə və Satış sahəsində iş təcrübəsi.

İş şərati

İş qrafiki: 09:00 – 18:00
Şirkət tərəfindən korporativ nömrə təmin olunur;
Şirkət tərəfindən görüşlər üçün sürücü və avtomobil təqdim olunur;
Əmək haqqı: Müsahibə əsnasında (+bonus sistemi).

Ünvan: Bakı şəhəri, AZ1065, İzmir küçəsi 5 A
Əlaqə vasitələri: www.qala.az; (012) 404 77 74

Oxşar vakansiyalar