İş detalları
28 11 2025
İşin təsviri
Aconex sistemində layihəyə aid sənədlərin vaxtında yüklənməsi, təsnifatı və düzgün arxivləşdirilməsini təmin etmək;
Layihə sənədlərinin versiya izlənməsi prosesini həyata keçirmək, sənədlərin aktual versiyalarının saxlanılmasını təmin etmək;
Layihə sənədlərinin (tender sənədləri, müqavilələr, dizayn və test aktları və s.) uyğunluğunu yoxlamaq və layihə standartlarına cavab verməsini təmin etmək;
Sənədlərin layihə prosedurları və standartlarına tam uyğunluğunu təmin etmək, zəruri hallarda düzəlişlər və yenilənmələr aparmaq;
Layihə ilə bağlı sənədlərin arxivə verilməsi, mühafizəsi və səmərəli istifadə olunması üçün sistem yaratmaq;
Layihə sənədləri ilə bağlı Excel proqramında cədvəl və hesabatlar hazırlamaq, sənəd idarəetmə proseslərinin təhlilini və monitorinqini aparmaq;
Sənəd dövriyyəsi prosesini izləmək, sənədlərin vaxtında paylanmasını və icra vəziyyətini monitorinq etmək;
Layihənin əlaqədar şöbələri və iştirakçıları ilə sənədlərin ötürülməsi prosesini təşkil etmək və uyğunluğu təmin etmək;
Lazım gəldikdə Aconex və digər elektron sənəd idarəetmə sistemlərinin effektiv istifadə olunması üçün təlim və dəstək vermək;
Həftəlik və aylıq müvafiq hesabatlar hazırlayaraq rəhbərliyinə təqdim etmək.
Namizədə olan tələblər
Müvafiq sahə üzrə: ali təhsil;
Müvafiq sahə üzrə təcrübə: 1 il;
Dil bilikləri: Azərbaycan dili səlis, Ingilis dili işgüzar səviyyədə, Rus dili – arzuolunandır;
Kompüter bilikləri: MS Office;
Komandada işləmək bacarığı.
İş şərati
Bazar rəqabətinə uyğun əmək haqı;
Könüllü tibbi siğorta (ailə paketi);
“Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
İşçinin inkişafı üçün təlim, tədris proqramları.
İş rejimi: 5 günlük
İş yeri: Bakı şəhər (Ezamiyyətlərə hazır olmaq);