İş detalları
27 11 2025
İşin təsviri
İş bölgüsü üzrə öz vəzifələrinin icrası üçün şöbəyə razılaşdırma üçün daxil olan sənədlərə viza verir;
Vəkalətnamə və ya etibarnamə əsasında Agentliyi üçüncü şəxslər qarşısında təmsil edir;
Şöbənin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təmin edir;
Şöbənin fəaliyyət istiqamətlərinə dair daxili qayda, təlimat, reqlament və s. hazırlanmasını yerinə yetirir;
Şöbənin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili göstərişləri icra edir, o cümlədən şöbənin əməkdaşları arasında aparılmış iş bölgüsü üzrə fəaliyyət göstərir;
Şöbənin Əsasnaməsində müəyyən edilmiş vəzifələrin həyata keçirilməsi ilə bağlı müvafiq sahədə icrası məcburi göstərişlər verir;
Öz fəaliyyətində qanunvericiliyin tələblərinin pozulmasının qarşısının alınması üzrə tədbirlər görür;
İş bölgüsü üzrə şöbənin fəaliyyəti nəticəsində yaranmış statistik məlumatların uçotunu aparır;
Səlahiyyətlərinə aid olan məsələlərlə bağlı konfrans, iclas, seminar və digər tədbirlərdə iştirak edir;
İş bölgüsü üzrə Agentlikdə xərclər smetasının tərtibi ilə bağlı şöbənin üzərinə düşən funksiyaları yerinə yetirir;
İş bölgüsü üzrə İlkin və İllik satınalma planlarını hazırlayıb dövlət satınalmalarının vahid internet portalında yerləşdirir;
İş bölgüsü üzrə Agentliyə malların (işlərin və xidmətlərin) satın alınmasını həyata keçirir;
İş bölgüsü üzrə Agentlikdə bağlanmış satınalma müqavilələrini hazırlayır və bağlanmış satınalma müqavilələrinin icrasına nəzarət edir;
İş bölgüsü üzrə Agentlikdə keçirilmiş dövlət satınalmaları barədə hesabatlar hazırlayır;
Şöbənin fəaliyyətinin səmərəli şəkildə təşkili ilə bağlı təkliflər verir;
Öz vəzifələrinin icrası üçün həmin vəzifələrə mütənasib hüquqlardan istifadə edir;
Əmək müqaviləsində və şöbənin Əsasnaməsində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir və hüquqları həyata keçirir.
Namizədə olan tələblər
Ali təhsil (Maliyyə, mühasibat, iqtisadiyyat, idarəetmə və s. aidiyyəti ixtisasları üzrə)
ixtisası üzrə profilinə uyğun 4 ildən az olmayaraq iş təcrübəsi (dövlət satınalmaları üzrə təcrübə mütləqdir).
Hesabatların və təqdimatların yüksək səviyyədə hazırlanması bacarığına malik olmalıdır.
İngilis və ya rus dilini yaxşı səviyyədə bilməlidir.
İqtisadiyyat, maliyyə və mühasibat sahəsi üzrə yüksək səviyyədə biliklərə malik olmalıdır.
Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanunu və dövlət satınalmaları barədə digər normativ hüquqi sənədlər barədə tam biliklərə malik olmalıdır.
Dövlət satınalmalarının vahid internet portalında tam işləmə bacarığı olmalıdır (dövlət satınalmaları barədə keçirilmiş təlimlər üzrə əldə olunmuş sertifikatlara üstünlük veriləcəkdir).
Excel və Word proqramlarında tam işləmək bacarığı olmalıdır.
Azərbaycan dilində səlis və sərbəst Agentlikdaxili və qurumlararası məktub yazmaq bacarığı olmalıdır
İş şərati
Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma;
İş yerinin ünvanı: Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 84