İş detalları
27 11 2025
İşin təsviri
CI/CD proseslərinin qurulması, idarə olunması və təkmilləşdirilməsi (GitLab CI/CD)
Linux əsaslı infrastrukturun monitorinqi, nasazlıqların aradan qaldırılması və optimallaşdırılması
Tərtibat komandaları ilə birlikdə tətbiqlərin Docker və Kubernetes ilə konteynerləşdirilməsi və yerləşdirilməsi
HashiCorp Vault ilə gizli məlumatların təhlükəsiz idarə olunması (Secrets, Dynamic Credentials, AppRole, Kubernetes Auth)
Longhorn və ya digər CSI storage həlləri ilə davamlı storage idarəetməsi
Təkrarlanan əməliyyatların Bash, Python və ya Go ilə avtomatlaşdırılması
Monitoring, logging və alerting sistemlərinin idarə olunması (Prometheus, Grafana, Loki, ELK/ElasticSearch)
MinIO obyekt saxlama sisteminin və S3 uyğun storage həllərinin idarə olunması
HAProxy / Nginx ingress, load balancing və TLS terminasiya konfiqurasiyalarının həyata keçirilməsi
Message brokerlərin (RabbitMQ, ActiveMQ və s.) konfiqurasiyası və dəstəklənməsi
Sistemlərin təhlükəsizliyinin təmin olunması və periodik auditlər
Namizədə olan tələblər
DevOps, SRE və ya sistem mühəndisliyi sahəsində ən azı 2-3 il iş təcrübəsi
Linux (Ubuntu, CentOS və ya RHEL) mühitində dərin idarəetmə bacarığı
Docker və Kubernetes üzrə praktiki biliklər və real mühit təcrübəsi
GitLab CI/CD və YAML əsaslı pipeline-ların tərtibatı
Ansible və ya digər konfiqurasiya idarəetmə vasitələri ilə təcrübə
Prometheus, Grafana, ElasticStack, Loki kimi observability alətləri ilə iş təcrübəsi
Bash, Python və ya Go dillərində skript yazmaq bacarığı
Şəbəkə əsasları, TLS/SSL və təhlükəsizlik üzrə biliklər
Komanda işi və çevik (Agile/Scrum) mühitdə işləmək bacarığı
İş şərati
Helm chart-ları ilə iş təcrübəsi
GitOps yanaşması və ArgoCD ilə tanışlıq
NFS və ya CIFS storage inteqrasiyaları
Service Mesh texnologiyaları (Istio və ya Linkerd) ilə təcrübə
Müvafiq sertifikatlar (RHCSA, CKA, CKAD və s.)