İş detalları
27 11 2025
İşin təsviri
MS SQL Server ilə işləmək və təcrübə qazanmaq;
T-SQL sorğularının yazılması və optimallaşdırılması üzrə bacarıqların inkişaf etdirilməsi;
Biznesin tələbinə uyğun yeni hesabatların hazırlanmasına kömək etmək;
Mövcud hesabatların təhlili və yenilənməsində iştirak etmək;
Analitik təhlil və vizuallaşdırma vasitələri ilə tanış olmaq və tətbiq etmək.
Namizədə olan tələblər
İnformasiya Texnologiyaları və ya müvafiq sahə üzrə ali təhsil (son kurs tələbələri və yeni məzunlar müraciət edə bilər);
Analitik düşüncə və alqoritmik yanaşma qabiliyyəti;
SQL və T-SQL üzrə baza biliklərinə sahib olmaq;
Məlumat bazalarının strukturu barədə anlayışın olması;
Power BI və ya digər BI Tool-larla işləməyə maraq;
İngilis dili texniki səviyyədə bilmək;
LOGO ERP proqramı ilə tanış olanlara üstünlük verilir.
İş şərati
Həftəlik 5 iş günü (saat: 08:00-17:00);
Təcrübə müddəti və əmək haqqı müsahibə zamanı müəyyən ediləcək;
Təcrübə proqramını uğurla başa vuran namizədlərə iş imkanı yaradılacaq.