İş detalları
27 11 2025
İşin təsviri
Şirkətin satınalma fəaliyyətlərini planlaşdırmaq, təşkil etmək və idarə etmək;
Tədarükçülərin seçimini həyata keçirmək, alış tələblərini qiymətləndirərək ən uyğun qiymət və keyfiyyət göstəricilərini təmin etmək, şöbə rəhbərlərinə mütəmadi məlumat vermək;
Yerli və xarici təchizatçıları araşdırmaq, seçim etmək və təchizatçı bazasını daim yeniləmək;
Satınalma bazarını izləyərək xərcləri optimallaşdırmaq və daha əlverişli şərtlər əldə etmək üçün yeni tərəfdaşlarla əməkdaşlıq qurmaq;
Təchizatçılarla qiymət endirimləri və digər kommersiya şərtləri üzrə effektiv danışıqlar aparmaq;
Təsdiqlənmiş tələbnamələrin icrasını əlaqələndirmək və nəzarət etmək;
Satın alınmış mallar, materiallar və xidmətlərə dair məlumat bazasını formalaşdırmaq, yeniləmək və xərclərə nəzarət etmək;
Rəqabətli qiymət sorğusu prosesini idarə etmək və şəffaflığı təmin etmək;
Müqavilələrin şərtlərini və xərclərini tərəfdaşlarla razılaşdırmaq;
Şirkətin daxili inzibati və qeydiyyat prosedurlarına uyğunluğa nəzarət etmək;
Satınalmaların aidiyyəti bölmələrə çatdırılmasını və hesabatlılığını təmin etmək;
Daşınma və gömrük prosedurlarının koordinasiyasını həyata keçirmək.
Namizədə olan tələblər
Ali təhsil (İqtisadiyyat, Menecment və ya aidiyyatı sahələr üzrə);
Müvafiq sahədə minimum 5 il iş təcrübəsi (minimum 2 il rəhbər vəzifədə);
Təchizat bazarı və satınalma prosedurları haqqında biliklər;
Effektiv ünsiyyət və danışıqlar aparmaq bacarığı;
Məsuliyyətli və detallara diqqətli olmalıdır;
MS Office proqramlarını bilməlidir;
Azərbaycan dili, mükəmməl rus və ya ingilis dillərini bilməlidir.
İş şərati
İş qrafiki: 5 günlük
İş vaxtı: 09:00-18:00
Könüllü tibbi sığorta
Yemək təminatı
Nəqliyyat xidməti