Baş qənnadçı (Pastry Chef)

Sinteks Group of Companies

28.10.2025

31
Müraciət et

İş detalları

Bakı Tam Orta Son tarix 
27 11 2025
İşin təsviri

İstehsal prossesinə nəzarət:
İstehsalat sahəsində plan əsasında hazırlanan bütün növ unlu -qənnadı məhsulların texnoloji prossesinə nəzarət edilməsi.
Personallar tərəfindən hazırlanan məhsulların resepturalara uyğun hazırlanıb yığılmasına nəzarət.
Texnoloji prosseslərin təkminləşdirilməsi, yeni xammal növlərinin tətbiq olunması, çeşidin genişləndirilməsi və məhsulun keyfiyyətinin yaxşılaşdırılması üzrə təkliflərin hazırlamalı və tədbirləri həyata keçirilməsində iştirak etmək.
İşdə yüksək keyfiyyət göstəricilərinə nail olmaq məqsədi ilə beynəlxalq qabaqçıl texnologiyanı öyrənmək və istehsalatda tətbiq etmək.
Xammalları yaxşı tanımalı və xammal dəyişikliyindən yarana biləcək problemi araşdırmalı və lazımı tədbirləri görməli
Mövcud reseptləri daim təkmilləşdirmək və xammaldan optimal istifadəni təmin etmək.
Mütəmadi istehsalat personallarına texnoloji prosseslərlə bağlı təlimatların verilməsi.

Məhsulun təkmilləşdirilməsi:
Təklif olunan yeni növ məhsulların R&D managerdən təhvil alınması və bu məhsulların personalla öyrədilməsi və daim nəzarətdə saxlanılması.
Mağazalardan gələn şikayətləri araşdırır, lazımı texnoloji proseslərə müdaxilə edərək problemin aradaqn qaldırılması və istehsalat personallarının bu haqda təlimatlandırılması.

Keyfiyyət zəmanəti:
Məhsulların tələb olunan daxili və ya dövlət standartlarına uyğun hazırlanması və eləcədə izləmə aparılması üçün lazımı sənədlərin yazılmasını təmin etmək.
Məhsulların dad, görünüş, tekstura və digər keyfiyyət göstəricilərinə uyğun istehsalını təmin etmək.
İstehsal zamanı sanitar-gigiyenik normaların və təhlükəsizlik qaydalarının gözlənilməsinə nəzarət etmək.

Namizədə olan tələblər

Təhsil
Qida Sənayesi, kulinariya sənəti və ya əlaqəli sahələrdə təhsil arzuolunandır

İş Təcrübəsi
Qida sənayesində ən azı 3 il

Professional Bacarıq və Kompetensiyalar
Qənnadı məmulatlarını dərindən bilmək
Mükəmməl təşkilatçılıq və vaxt idarəetmə bacarıqları
Müxtəlif funksional qruplarla komanda şəklində işləmək bacarığı
Qida təhlükəsizliyi qaydaları və keyfiyyətə nəzarət prosesləri haqqında məlumat
Detallara diqqət etmə bacarığı
Qida istehsalı prosesləri, qida təhlükəsizliyi qaydaları və Sənaye meylləri haqqında dərin bilik

Məsuliyyət sahəsi:
Məhsulların günlük istehsalı.
Məhsulun təkmilləşdirilməsi.
Şikayətlərin araşdırılması və həlli.
Keyfiyyət zəmanəti.

Tabeliyində olan:
Çörəkçi, çörəkçi köməkçiləri, qənnadçı, qənnadçı köməkçiləri, sobaçı.

İş şərati

İş Yeri: Boxça Lab (Mərdəkan q.)

İstehsalat sahəsində istehsal olunan bütün növ unlu qənnadı məmulatların reseptura və texnoloji ardıcıllığa uyğun istehsalına nəzarət.

Oxşar vakansiyalar