İş detalları
21 11 2025
İşin təsviri
HR strategiyasının hazırlanması, izlənməsi və inkişaf etdirilməsi;
Kadr tələbinin planlaşdırılması, vakansiyaların elan edilməsi və namizədlərin seçilməsi;
İşə qəbul və oriyentasiya planının hazırlanması və həyata keçirilməsi;
İşçilərin təlim və motivasiya ehtiyaclarının müəyyən edilməsi, təlimlərin təşkili;
Xidməti fəaliyyətin qiymətləndirilməsi sisteminin qurulması və tətbiqi;
İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması;
Əmək müqavilələrinin, vəzifə təlimatlarının hazırlanması və Elektron Hökumət Portalına daxil edilməsi;
Sosial sığorta şəhadətnamələrinin sifariş olunması, icbari sığortaların həyata keçirilməsi;
Məzuniyyət qrafiklərinin, işə qəbul, xitam, məzuniyyət, ezamiyyə və digər əmrlərin hazırlanması;
Əmək qanunvericiliyinə uyğun sənədləşmə prosesinin düzgün aparılmasına nəzarət;
İşçilərin davamiyyət uçotunun aparılması, hesabatların hazırlanması;
İşçi axıcılığının səbəblərini müəyyənləşdirmək və azaldılması üçün tədbirlər görmək;
İnsan resursları departamentinə aid aylıq, rüblük, illik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
Dövlət orqanlarına təqdim olunacaq hesabatların hazırlanması;
Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası;
İşçi münasibətlərində korporativ etikanı qorumaq və rəhbərlik, şirkət mənafelərinin təmin edilməsinə nəzarət.
Namizədə olan tələblər
Azərbaycan Respublikası Əmək Məcəlləsi və əmək qanunvericiliyini mükəmməl səviyyədə bilməli;
İnsan resurslarının idarə olunması, funksiyaları və prosedurları haqqında geniş biliyə sahib olmalı;
Elektron Hökumət Portalı ilə yüksək səviyyədə işləmə bacarığı;
ERP və MS Office proqramlarını sərbəst istifadə bacarığı;
Ali təhsil (menecment, psixologiya, hüquq, insan resursları, mühasibat və ya iqtisadiyyat üzrə);
İnsan resursları sahəsində azı 5 il iş təcrübəsi;
İngilis dili biliyi arzuolunandır;
Yaş həddi: 27–50;
Dəqiqlik, məsuliyyət, öyrənməyə həvəs və güclü təşkilatçılıq bacarığı.
İş şərati
İş yeri: Bakı şəhəri, Səbail rayonu (Şıxov)
İş qrafiki: 09:00 – 18:00
Müqavilə: Rəsmi əmək müqaviləsi
Əmək haqqı: 1500-2000 AZN