
İş detalları
09 08 2025
İşin təsviri
Rent a car xidmətlərimizi şirkətlərə və otellərə təklif etmək, B2B əməkdaşlıqlar qurmaq;
Tender və korporativ müştəri cəlbi üzrə strategiyalar hazırlamaq və tətbiq etmək;
Sosial media (Instagram, Facebook, TikTok) strategiyasını qurmaq, kontent plan hazırlamaq və nəzarət etmək;
Axtarış motorlarında və sosial platformalarda reklam kampaniyaları yaratmaq (Meta Ads, Google Ads və s.);
Brend imicinin gücləndirilməsi və bazarda tanınma səviyyəsinin artırılması;
Analiz və hesabatlılıq: Kampaniyaların nəticələrini izləmək və optimallaşdırmaq.
Namizədə olan tələblər
Marketinq və ya əlaqəli sahə üzrə təhsil və ya iş təcrübəsi;
Rəqəmsal marketinq alətləri və sosial media platformaları ilə təcrübə;
Yaxşı kommunikasiya və təqdimat bacarığı;
Təşəbbüskar və nəticəyə fokuslanan yanaşma;
Azərbaycan dilində səlis yazı və danışıq bacarığı (İngilis dili arzuolunandır).
İş şərati
Maraqlı və dinamik iş mühiti;
Stabil əməkhaqqı + motivasiyaedici bonus sistemi;
Gələcəkdə komandada Marketinq rəhbəri kimi inkişaf etmək imkanı;
Yaradıcı yanaşmanı dəstəkləyən rəhbərlik.
Əgər düşünürsünüzsə ki, bu rol sizə uyğundur — CV-nizi Müraciət Et düymsində qeyd olunan elektron poçt ünvanına göndərin.
Əlaqə nömrəsi:+994 70 822 03 00