İş detalları
26 11 2025
İşin təsviri
Otelin rezervasiya prosesini beynəlxalq və yerli standartlara uyğun idarə etmək;
Gündəlik tapşırıqlara nəzarət etmək və təyin etmək, rezervasiyaları nəzərdən keçirmək və gəliş hesabatlarını idarə etmək;
Otel doluluq proqnozlarını hazırlamaq və şirkət/səyahət agenti tarifləri üçün dəqiq hesabatının aparılmasını təmin etmək;
Satış və Revenue komandası ilə doluluq, tariflər və qrup rezervasiyaları ilə bağlı əməkdaşlıq etmək;
Telefon etiketi və qonaq münasibətlərinin yüksək standartlarını təmin edərək,
Rezervasiya işçilərini hazırlamaq, onlara nəzarət etmək və istiqamətləndirmək. Xidmət Standardları və Prosedurlarını tətbiq etmək üçün işçilərə təlimlər vermək;
VIP və təkrar qonaqlar üçün xüsusi sorğuları izləmək və idarə etmək, həmçinin qrup sifarişlərini idarə etmək;
Otel siyasətinə uyğun olaraq no-show və ləğvləri nəzərdən keçirmək və həll etmək.
Onlayn platformaları idarə etmək və izləmək
Bütün əməliyyatların və nağd pul əməliyyatlarının siyasət və prosedurlara uyğun həyata keçirildiyinə əmin olmaq;
Xidmət Standardları və Prosedurlarını tətbiq etmək üçün işçilərə təlimlər vermək;
Namizədə olan tələblər
100 və daha çox otaq sayı olan hoteldə minimum 1 il təcrübə;
Minimum 1 il eyni sahədə idarəetmə təcrübəsi;
Gülərüz, detallara fokuslu, pozitiv, konfliktləri həll etmək, liderlik bacarığı və mövcud problemin həllini yerində tapmaq;
Yüksək ünsiyyət qabiliyyəti, satış yönümlülük, müştəri məmnuniyyəti, analitik düşünmə bacarıqları;
Müvafiq və ya yaxın sahədə Ali təhsil;
Azərbaycan, ingilis – əla (Rus dili biliyi əlavə üstünlükdür)
Elektra proqramı üzrə təcrübə;
Kompüter və ofis texnikasından yaxşı istifadə bacarığı;
Stressə davamlı olmaq, təzyiq altında effektiv işləmək bacarığı
İş şərati
Əmək haqqı: 1000 AZN
Ünvan: Bakı şəhəri, H.Əliyev pr. 115, Bina 187B