İş detalları
21 11 2025
İşin təsviri
Mühasibat, vergi uçotu, DSMF və Statistika hesabatları üzrə əməliyyatların dəqiq və vaxtında aparılmasını təmin etmək;
Vergi, mühasibatlıq və digər normativ-hüquqi aktlardakı dəyişiklikləri daim izləmək və rəhbərlik etdiyi sahələrdə tətbiq etmək;
Müəssisənin bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotunun tələblərinə uyğun şəkildə 1C (8.3) proqram təminatında düzgün əks olunmasına nəzarət etmək;
Vergi orqanlarından daxil olan məktubları və bildirişləri nəzarətdə saxlamaq, tələb olunan hallarda rəsmi yazışmalar aparmaq;
Elektron portallarda (e-taxes, e-gov, e-statistika və s.) hesabatların və əməliyyatların icrasını həyata keçirmək;
ƏDV, ÖMV, Mənfəət və digər vergi bəyannamələrini hazırlamaq, qanunvericiliklə müəyyən edilmiş müddətlərdə müvafiq dövlət orqanlarına təqdim etmək;
DSMF və Dövlət Statistika Komitəsinə dair hesabatların tərtib olunmasını və vaxtında göndərilməsini təmin etmək.
Namizədə olan tələblər
Mühasibat uçotu, maliyyə, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
Müvafiq sahədə ən azı 2-3 il peşəkar iş təcrübəsi (Bank və ya BOKT sektorunda təcrübə üstünlük sayılır);
1C (8.3) proqram təminatında mükəmməl bilik və təcrübə;
MS Office proqramlarında, xüsusilə Excel-də yüksək səviyyəli bacarıqlar;
Azərbaycan Respublikasının Vergi Məcəlləsini və əlaqədar normativ-hüquqi aktları dərindən bilmək;
Elektron portallarda hesabatlılıq və əməliyyatların aparılması üzrə təcrübə;
Riyazi hesablamaları dəqiq aparmaq, maliyyə göstəricilərini analitik təhlil etmək bacarığı;
Maliyyə balanslarının tərtibi və təhlili üzrə praktiki biliklər;
Azərbaycan dilində mükəmməl yazı və danışıq bacarığı, rus dili biliyi üstünlükdür.
İş şərati
Əmək haqqı: 800-1000 AZN
İş yeri: Bakı şəh, Aşıq Molla Cümə küç.
Komfortlu ofis şəraiti, müasir tələblərə uyğun idarəetmə sistemi, mehriban komanda
5 günlük iş qrafiki: 09.00-18.00