İş detalları
26 11 2025
İşin təsviri
İnformasiya və kommunikasiya texnologiyaları (İKT) avadanlıqların proqram və aparat təminatı üzrə texniki xidmətin göstərilməsi;
İKT avadanlıqların işlək vəziyyətin qorunması üçün monitoringin, diaqnostikanın və profilaktik işlərin aparılması;
Yeni İKT avadanlıqların quraşdırılması, sazlanması və qeydiyyatı;
İKT avadanlığın sıradan çıxmış hissələrin qeydiyyatı və dəyişdirilməsi;
Lokal şəbəkənin işlək vəziyyətdə saxlanılması üçün monitoringi, diaqnostikası, profilaktik işlərin aparılması və sazlanması;
Daxil olmuş müraciətlərin və tapşırıqların iş emalı üçün nəzərdə tutulmuş Əməliyyat Sistemində qeydiyyatı və müştərilərlə müqavilədə razılaşdırılmış vaxta uyğun icrası;
Şirkətdə iş emalı üçün nəzərdə tutulmuş Əməliyyat Sistemində müştərilərdən gələn müraciətlərin və iş icrasına uyğun müşahidə edilmiş nasazlıqların qeydiyyatı;
Şirkətdə iş emalı üçün nəzərdə tutulmuş Əməliyyat Sistemində (OTRS) görülmüş işlərin qeydiyyatı;
Mütəmadi olaraq gün ərzində iş emalı üçün nəzərdə tutulmuş Əməliyyat Sistemi və korporativ Mail qutusunu izləmək, reaksiya vermək və iş icrasını müraciyətlərə əsasən planlaşdırılmaq;
Görülən işlərin təhvil-təslimi, aktlaşdırılması, mal-materialın dövriyyəsinin dəstəklənməsini və iş emalın Əməliyyat Sistemində əks olunması;
Rəhbər tərəfindən verilən vəzifə icrası ilə bağlı digər işlər;
Vəzifə öhdəliklərini və rəhbərlik tərəfindən verilən şifahi/yazılı tapşırıqları icra etmək.
Namizədə olan tələblər
Sahə üzrə müvafiq təhsil;
Bakalavr dərəcəsi;
Müəyyən sahələrdə peşəkarlıq;
Problemlərin həlli bacarığı;
Güclü kommunikasiya bacarığı;
Komanda ilə yaxşı işləmə bacarığı;
Vaxtın düzgün idarə edilməsi;
İşə və mühitə uyğunlaşma qabiliyyəti;
Minimum 1 il müvafiq sahədə iş təcrübəsi;
Microsoft Office proqramları üzrə biliklər (Outlook, Word, Excel və s.);
Windows əməliyyat sistemləri (Windows 10/11, Server 2016/2019) haqqında əsas biliklər;
Şəbəkə əsasları (TCP/IP, DNS, DHCP, IP ünvanlama, Wi-Fi, LAN);
Printer, skaner, IP telefon, UPS və digər ofis avadanlıqları ilə işləmə bacarığı;
Uzaqdan dəstək proqramları (AnyDesk, TeamViewer, RDP və s.) haqqında bilik;
Vəzifə öhdəlikləri ilə əlaqəli diplom və sertifikatların olması.
Səriştələr:
İşləri prioritetləşdirmə bacarığı;
Dəyişkən şəraitə uyğunlaşma, çoxşaxəlilik və istehlakçı, marketinq trendləri, həmçinin texnoloji yeniliklərlə ayaqlaşmaq bacarığı;
Güclü yazılı və şifahi ünsiyyət bacarığı;
Komanda ilə işləmə bacarığı;
Təşkilati mühit və struktur haqqında anlayış.
İş şərati
Rəqabətli kompensasiya;
Əlavə imtiyazlar;
Müxtəlif təhsil və inkişaf imkanları;
Karyera inkişaf imkanı;
Ən dinamik şirkətdə işləmənin unikal təcrübəsi;
Innovativ məhsullar və rəqəmsallaşma;
Beynəlxalq təcrübə;
Yüksək bacarığa malik peşəkar komanda;
Kross-funksional əməkdaşlıq;
Təcrübə mübadiləsi.