Ofisiant

Bestcomp Group

27.10.2025

27
Müraciət et

İş detalları

Bakı Tam Orta Son tarix 
26 11 2025
İşin təsviri

Müştəriləri mehribanlıqla qarşılamaq və müştərilərin sifarişlərini qəbul etmək;
Menyu maddələri, qida həssaslığı və qida əvəzediciləri haqqında suallara cavab vermək. Müştərilərə yemək və içkilər üçün təkliflər vermək və hər hansı xüsusi menyu elementləri haqqında onlara məlumat vermək;
Müştərilərə yemək və içkilərin təqdim etmək;
Müştərilərə ödəniş hesabını tədim etmək və ödənişi almaq;
Müştərilərlə əlaqə saxlamaq, məmnuniyyəti təmin etmək və hər hansı şikayətləri həll etmək;
Müştərilər yemək yeyərkən dağınıqlığın qarşısını almaq üçün masalardan çirkli qabları, artıq əşyaları və tullantıları götürmək;
Müştərilər yeməklərini bitirdikdən sonra masaları təmizləmək;
İş mühitini sanitar və mütəşəkkil saxlamaq;
Müştərilərimizi Şirkətin məhsul və xidmətlərinin üstün keyfiyyəti haqqında məlumatlandırmaq;
Məhsulları müştərilərə nəzakətli və mehriban şəkildə təqdim etmək;
Bütün isti, soyuq içkiləri və qabları təhlükəsiz idarə etmək;
Avadanlıqlarla təhlükəsizlik qaydalarına uyğun və düzgün işləmək;
Şirkətin müəyyən edilmiş normalarına uyğun olaraq şəxsi gigiyenaya riayət etmək;
İş vaxtı ərzində məcburi qaydada müəssisənin təmiz geyim formasının geyinmək;
Üstün xidmətlər təqdim edir və sürətli və gülərüz xidmət göstərməklə mehriban, rahat mühit yaratmaq.

Namizədə olan tələblər

Orta təhsil,
Müvafiq sahədə 1 il təcrübə,
Ünsiyyətcil, təmizkarlıq, gülərüzlülük, pozitivlik kimi müsbət keyfiyyətlərə sahib olmaq,
İş vaxtı təmiz və nizamlı görünmək,
Müştərilərə diqqətli və səbrli davranış sərgiləmək,
Yüksək işgüzarlıq qabiliyyəti, punktuallıq və kollektivlə işləmək bacarığı,
Azərbaycan dilini bilmək (Rus dilini bilənlərə üstünlük verilir).

İş şərati

İs günü/saatı – həftədə 6 gün, 9 saat,
İstirahət – həftədə 1 gün,
Kafe Ağ şəhərdə yerləşir (yaxinda yaşayan əməkdaşlara üstünlük verilir)
Əmək haqqı və digər şərtlər müsahibə zamanı müzakirə olunacaq.

Oxşar vakansiyalar