
İş detalları
09 08 2025
İşin təsviri
Yaradılan kateqoriya strategiyasına uyğun olaraq müştəri yönümlü yanaşma ilə alt kateqoriya strategiyalarının yaradılması, Trendlərə və müştəri gözləntilərinə uyğun məhsul çeşidinə qərar vermək;
Müqavilə, sifariş, sorğu rabitəsi və həcmi, çatdırılma müddəti əsas təchizatçılarla illik, aylıq, gündəlik işgüzar əlaqələri idarə etmək və kateqoriya menecerinə hesabat vermək;
Məsuliyyət verilən alt kateqoriyalar üçün yeni təchizatçıların, məhsulların və rəqib tendensiyalarının təhlili, müntəzəm olaraq bazar araşdırması aparmaq və kateqoriya menecerinə hesabat vermək;
Satış performansının təhlilini nəzərdən keçirmək üçün kateqoriya əməliyyatları üzrə aylıq hesabatlar hazırlayıb və lazımi tədbirləri görmək üçün araşdırmalar hazırlayaraq, kateqoriya menecerinə təqdim etmək;
Kateqoriya ilə mağazalar arasında əlaqəni təmin etmək, ehtiyaclara uyğun olaraq kateqoriya menecerinə məlumat vermək;
Kateqoriya hədəflərinə nail olmaq üçün satış, maliyyə, marketinq və logistika ilə əməkdaşlıq edib, işləmək və kateqoriya menecerinin lazımi tədbirlərin görülməsi üçün ilkin hazırlıqları görmək;
Şirkətin gəlirlilik hədəfinə çatması üçün müvafiq alt kateqoriyalar üzrə illik gəlirlilik hədəfinə uyğun fəaliyyətlər göstərmək, kateqoriya rəhbərinin təsdiqindən sonra tədbirləri hazırlamaq və həyata keçirmək;
Şirkətin satış hədəfinə çatması üçün müvafiq kateqoriyalar üzrə təchizatçılarla illik alış və satış hədəflərini yerinə yetirmək və planlaşdırılması üzərində işləmək.
Namizədə olan tələblər
İşində dəqiqlik və detallara diqqətlilik;
Kommunikasiya;
Məsuliyyətlilik;
Komandada işləmək bacarığı;
Microsoft Office proqramlarında işləmək bacarığı;
LOGO (Tiger) proqramı ilə işləmək bacarığı.
Tələb olunan təhsil, iş təcrübəsi:
Ali təhsil;
Müvafiq sahə üzrə ən azı 1 il təcrübə;
İş şərati
İş qrafiki: Tam iş günü (5 gün);
İş saatları: 09:00-18:00;
İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46 D
Əmək bazarında rəqabətli əməkhaqqı;
Peşəkar komanda mühiti;
Şirkət hesabına nahar;
Şirkət hesabına korporativ nömrə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Kateqoriya üzrə kiçik mütəxəssis (Quru-qida)” yazaraq Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.