Fraud halları və rəqəmsal əməliyyatların araşdırılması şöbəsinin baş mütəxəssisi
Kapital Bank26.10.2025
İş detalları
25 11 2025
İşin təsviri
Daxil olmuş müraciətlərdə şübhəli məqam aşkar olduqda təxirəsalınmaz tədbirlərin görülməsi;
Dövlət və digər qurumlar tərəfindən daxil olmuş sorğuların icrası;
Fraud əməlləri aşkarlandığı təqdirdə daxili qaydalara müvafiq tədbirlərin görülməsi;
Bankın strukturları və şöbənin digər strukturları tərəfindən fraud ehtimalı daşıyan sorğuların qəbul edilməsi, araşdırılması və tədbirlərin görülməsi;
Zərurət yarandıqda YSB-lərdə dələduzluq hallarına dair yerində baxış və ya araşdırmaların aparılması;
Aşkarlanmış hallarla bağlı hesabatın tərtib edilməsi; Rəqəmsal dələduzluq insidentlərinin idarəedilməsi;
Müştəri dələduzluğu ilə bağlı şikayətlərə baxılması; Ödəniş kartları ilə əlaqədar şübhəli əməliyyatların monitorinqi;
Daxildə yeni layihələrdə iştirak etmək və lazım olduqda digər strukturlarla keçirilən müzakirə və görüşlərə qoşulması;
Əmək müqaviləsi, struktur bölmənin Əsasnaməsi və fəaliyyətinə dair digər bankdaxili hüquqi aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaların icrası.
Namizədə olan tələblər
Ali təhsil (maliyyə, iqtisadiyyat, biznes idarəetməsi, hüquq və ya oxşar sahələrdə).
Bank sektorunda risklərin idarə edilməsi və ya daxili audit sahəsində minimum 2 il iş təcrübəsinə;
Basel prinsipləri və digər beynəlxalq risk idarəetmə yanaşmaları üzrə biliklərə;
Fraud, risk və audit üzrə beynəlxalq sertifikatlara (CFE, CIA, CRMA və s.)
SQL bilikləri və məlumatları təhlil etmək və nəticələr çıxarmaq qabiliyyətinə sahib olmaq.
İş şərati
İnkişaf imkanları
Rəqabətli əmək haqqı və bonuslar
Yüksək təminatlı sığorta
Dəstəkləyici mühit
Visa Premium əmək haqqı kartı
Korporativ endirimlər
Korporativ tədbirlər
Əlavə məzuniyyət
Güzəştli təhsil və işçi kredit