İş detalları
21 11 2025
İşin təsviri
Şirkətin satınalma prosesini təşkil və idarə edir;
Tədarükçülərin seçimi və müntəzəm olaraq həyata keçirilməsi mümkün olan, tələb olunan qiyməti təmin etməklə alış tələblərini nəzərdən keçirir və şöbə rəhbərlərini alınacaq mallar barəsində məlumatlandırır;
Xarici və yerli təchizatçıları araşdırır, seçim edir və təchizatçı bazasını daima yeniləyir;
Satınalma bazarının araşdırılması, xərclərin və satınalma şərtlərinin yaxşılaşdırılması üçün yeni təchizatçıları cəlb edir;
Xarici və yerli təchizatçılar ilə endirimlər və sərfəli kredit şərtləri də daxil olmaqla bütün şərtlər barədə danışıqları aparır;
Şirkətin bütün təsdiqlənmiş tələbnamələrini əlaqələndirir;
Satın alınmış xammal, mal, materialların və xidmətlərin məlumat bazasını hazırlayır və yeniləyir, şirkətin xarici və yerli təchizat xərclərinə nəzarət edir və aidiyyati şəxslərə hesabat verir;
Satınalmalar üçün rəqabətli qiymət sorğusu sisteminə nəzarət edir;
Üçüncü şəxslər ilə imzalanan müqavilələrin detallarını və xərclərini uzlaşdırır;
Şirkətin inzibati və qeydiyyat işlərinin tələblərinə riayət edir;
Satınalmaların aidiyyatı şəxslərə çatdırılması barədə hesabat verir;
Tələb olunduqda daşınma və gömrük məsələlərini həll edir.
Namizədə olan tələblər
Ali təhsil (İqtisadiyyat, Menecment və ya aidiyyatı sahələr üzrə);
Müvafiq sahədə minimum 5 il iş təcrübəsi (minimum 2 il rəhbər vəzifədə);
Təchizat bazarı və satınalma prosedurları haqqında biliklər;
Effektiv ünsiyyət və danışıqlar aparmaq bacarığı;
Məsuliyyətli və detallara diqqətli olmalıdır;
MS Office, həmçinin 1C proqramlarını bilməlidir;
Azərbaycan dili zəruridir, rus və ya ingilis dillərini bilməsi üstünlükdür.
İş şərati
Pozitiv və dəstəkləyici iş mühiti
İş qrafiki: Bazar ertəsi – Cümə günü (5 gün)
İş vaxtı: 09:00-18:00
Könüllü tibbi sığorta
Əmək haqqı işçinin təcrübə və bacarıqlarına uyğun olaraq tərəflər arasında razılaşdırılır