İş detalları
25 11 2025
İşin təsviri
İT xidmət keyfiyyətinin artırılması məqsədilə istifadəçi sorğularının təhlili və xidmətin optimallaşdırılması üzrə təkliflərin verilməsi;
Müxtəlif əməliyyat sistemlərinin (Windows, macOS və s.) və proqram təminatlarının monitorinqi, yaranan yeni problemlərin araşdırılması və həll yollarının tapılması;
Printerlərlə bağlı problemlərin həll olunması və onların monitorinqinin aparılması;
Ofislərdə baş verən avadanlıqlarla bağlı fiziki çətinliklərin araşdırılması və həll yollarının tapılması;
Vendor dəstəyi ilə əməkdaşlıq və texniki məsələlərin koordinasiyası;
İT və İnformasiya Təhlükəsizliyi (InfoSec) prosedurlarının mənimsənilməsi və tətbiq edilməsi;
Yeni əməkdaşların texniki onboarding prosesinin təşkili və texniki mühitə inteqrasiyasının təmin edilməsi.
Namizədə olan tələblər
Ali təhsilə (İnformasiya Texnologiyaları üzrə üstünlükdür);
Müvafiq sahə üzrə 3 illik iş təcrübəsinə;
Active Directory (AD), Windows, macOS, ManageEngine sistemləri üzrə dərin texniki biliklərə;
Patch panel və switch-lərlə işləmə, kabelləşmə və əlaqələrin təmin olunması bacarığına;
Printer və digər ofis texnikasının diaqnostikası və təmiri üzrə təcrübəyə;
Ofis proqramları (Microsoft Office), e-poçt sistemi və Microsoft Teams üzrə istifadəçi səviyyəsində biliklərə;
İstifadəçilərlə ünsiyyət qurmaq və onların ehtiyaclarını düzgün başa düşmək bacarığına sahib olmaq.
İş şərati
İnkişaf imkanları
Rəqabətli əmək haqqı və bonuslar
Yüksək təminatlı sığorta
Dəstəkləyici mühit
Visa Platinum əmək haqqı kartı
Korporativ endirimlər
Korporativ tədbirlər
Əlavə məzuniyyət
Güzəştli təhsil və işçi krediti