İş detalları
25 11 2025
İşin təsviri
Ekosistemin uzunmüddətli biznes hədəflərinə uyğun kompleks və rəqabətədavamlı tarif paketlərinin layihələndirilməsi və həyata keçirilməsi;
Ekosistem daxilindəki məhsulların qarşılıqlı əlaqələrini nəzərə alaraq, bazar trendləri və müştəri ehtiyaclarına əsaslanan innovativ tarif həllərinin işlənməsi;
Bazarda rəqib iştirakçıların fəaliyyətinin izlənməsi, analiz edilməsi və şirkətin tarif siyasətində rəqabət üstünlüklərinin qorunması üçün strategiyaların hazırlanması;
Tarif paketlərinin hazırlanması prosesində müxtəlif şöbələr (məhsul sahibi, satış, marketinq, texniki komanda və s.) ilə effektiv əməkdaşlığın təmin olunması və komanda üzvlərinin işinin idarə olunması;
Tarif paketlərinin biznes göstəricilərinə təsirinin izlənməsi, analiz olunması və müvafiq qərarların verilməsi üçün rəhbərliyə ətraflı hesabatların hazırlanması;
Tarif paketlərinin partnyor ehtiyaclarına uyğunlaşdırılması üçün geribildirimlərin toplanması, təhlili və tətbiqi.
Namizədə olan tələblər
Sahə üzrə ən azı 3 il iş təcrübəsinə;
Güclü analitik və təhliletmə bacarığına;
Problem həll etmə bacarığına;
Yaradıcı və müştəri yönümlü düşüncəyə;
Effektiv kommunikasiya və danışıqların aparılması bacarığına;
Nəticə yönümlülük, məsuliyyətlilik və operativlik bacarığına;
Stressə davamlılıq bacarığına;
MS Office proqramları ilə işləmə bacarığına;
Azərbaycan dili üzrə səlis, Rus və İngilis dili üzrə orta səviyyədə biliyə sahib olmaq.
İş şərati
İnkişaf imkanları
Rəqabətli əmək haqqı və bonuslar
Yüksək təminatlı sığorta
Dəstəkləyici mühit
Visa Premium əmək haqqı kartı
Korporativ endirimlər
Korporativ tədbirlər
Əlavə məzuniyyət
Güzəştli təhsil və işçi kredit