IT Biznes analitik - Prosessinq Sahəsi

Kapital Bank

26.10.2025

10
Müraciət et

İş detalları

Bakı Tam Ali Son tarix 
25 11 2025
İşin təsviri

1. Processing-in Front-Office və Back-office sistemlərində işləməsi;

2. Bankın klirinq və digər gündəlik əməliyyatların icrası;

3. Ödəniş Sistemləri ilə klirinq nəticələrin Back-Office sistmlərinə yüklənməsi, hesab qalıqların yoxlanılması və düzəliş edilməsi;

4. Ödəniş Sistemləri ilə klirinq mübadiləsi zamanı yaranan əməliyyat səhvlərin düzəliş edilməsi;

5. Partnyor bank və təşkilatlarına dəstək göstərilməsi və gündəlik hesabatların hazırlanması;

6. Ödəniş Sistemləri və Vendor ilə yazışmaların aparılması və yaranan çətinliklərin aradan qaldırılması;

7. Ödəniş Sistemləri üçün aylıq və ya rüblük hesabatların hazırlaması;

8. Sistem yeniliklərinə nəzarət edilməsi və sahənin müvafiq komandalarına kommunikasiya edilməsi;

9. Ödəniş Sistemlərin yarımillik yeniliklərin tədbiqi ilə bağlı müvafiq sistemlərdə testlərin həyata keçirilməsi və nəticələrin qeydiyyatı;

10. Sahə daxilində sistem reliz sənədlərin yaradılması, aparılması və müvafiq olaraq yenilənməsi;

11. Mövcud klirinq və hesablaşma proseslərində nöqsanlar və boşluqların tapılması və optimallaşdırılması;

12. Müvafiq risk tapıntıların araşdırılması, aşkarlanan kənarlaşmaların aradan qaldırılması;

13. Bankın digər struktur əməkdaşları ilə sıx işləmək və dəstək göstərmək;

14. Daxil olan dəstək tipli taskların və tapşırıqların araşdırılması və cavablandırılması;

15. Müvafiq proseslərdə kənarlaşmalar aşkarlanarsa, sahədaxili müvafiq komandalara məlumat vermək və araşdırma nəticələrini təqdim etmək;

16. Texniki tapşırıqları hazırlamaq;

17. Confluence-də yeni və mövcud proseslər üzrə yeniliklərin İT BA qaydalarına uyğun əlavə edilməsi və nəzarəti;

18. Digər tapşırıqları icra etmək.

Namizədə olan tələblər

1. Bank sahəsində ən azı 1 il iş təcrübəsi;

2. Ali təhsil (İqtisadiyyat, riyaziyyat, maliyyə, programlaşdırma sahəsində arzuolunandır);

3. SQL biliyi və verilənlər bazaları ilə işləmə təcrübəsinin olması arzuolunandır;

4. Kompyutür biliyi: MS Office, PLSQL Developer;

5. Dillər: Azrəbaycan dili, İngilis və ya Rus dili orta səviyyədə;

6. Güclü analitik və problem həll etmə qabiliyyəti;

7. Komanda mühitində effektiv işləmək bacarıqları və stresədavamlılıq;

8. Kommunikasiya və insanlarla münasibət qurma bacarıqları;

9. Öyrənmə və özünü inkişaf etdirmək meyli.

İş şərati

İnkişaf imkanları;
Rəqabətli əmək haqqı və bonuslar;
Yüksək təminatlı sığorta;
Dəstəkləyici mühit;
Visa Premium əmək haqqı kartı;
Korporativ endirimlər;
Korporativ tədbirlər;
Əlavə məzuniyyət;
Güzəştli təhsil və işçi krediti.

Oxşar vakansiyalar