İş detalları
25 11 2025
İşin təsviri
Qoyulmuş satış hədəflərinə çatmaq üçün müvafiq tədbirlərin görülməsi;
Komandanın satış qabiliyyətinin yaxşılaşdırılması üçün onların motivasiya edilməsi;
Mağaza heyətinin daxili nizam-intizam qaydalarına və iş keyfiyyətinə riayət olunmasının təmin edilməsi;
Satışın effektiv həyata keçirilməsinin təmin edilməsi;
Müştəri məmnuniyyətinin qorunması istiqamətində tədbirlərin təklifi və tətbiqi;
Mağaza daxilində yaranan texniki və digər maddi vəsaitlərlə bağlı problemlərin həll edilməsi üçün müvafiq struktur bölmələrinin məlumatlandırılması;
Namizədə olan tələblər
Texniki bacarıqlar: Ali təhsil, satış sahəsində iş təcrübəsi (minimum 2 il rəhbər olaraq) və kompüter istifadəsi ( Ofis proqramları, 1C)
Dil bilgiləri: Azərbaycan və rus dili sərbəst, İngilis dili üstünlük təşkil edir
Komanda ruhu: Özündən sonra davamçılar yetişdirir, rəhbərlik etdiyi satış məsləhətçilərinin potensialını ortaya çıxarır
Empatiya: Siz insanları hiss edir və onların ehtiyaclarını və arzularını anlayırsınız.
Kreativlik: Siz standart olmayan həllər və yanaşmalar tapırsınız.
Liderlik: Siz komandaya pozitiv və uğura can atmaqla enerji verirsiniz.
İş şərati
6 günlük növbəli qrafikdə iş rejimi;
Şirkət məhsullarını endirimlə əldə etmək imkanı;
Partnyor olduğumuz məkanların xidmətlərindən və məhsullarından endirimlə yararlanmaq imkanı;
Şirkət daxili təlim və inkişaf imkanları;
Karyera yüksəlişi imkanı;
Satış sahəsində nailiyyətlərə görə bonuslar.
Fix 800 Azn və faizdən ibarət əmək haqqı (Aylıq ortalama gəlir: 1000 – 2000 Azn)