İş detalları
21 11 2025
İşin təsviri
Günlük bank əməliyyatlarının icrasını və ödəniş tapşırıqlarının hazırlanmasını təmin etmək;
1C mühasibat proqramında ilkin sənədlərin və əməliyyatların qeydiyyatını aparmaq;
Qaimə-fakturaların və e-qaimələrin tərtibi, göndərilməsi və uçotunun aparılması;
Mühasibat uçotu üzrə gəlir və xərclərin təsnifatı, hesablar planı və müxabirləşmələrin düzgünlüyünü təmin etmək;
Bank hesabları, ödəniş cədvəlləri, müqavilələr və təchizatçılarla hesablaşmaların uçotunu aparmaq;
Aylıq və rüblük maliyyə hesabatlarının hazırlanması, o cümlədən:
Profit and Loss (P&L) – gəlir və xərclərin təhlili və nəticənin hesablanması;
Balance Sheet – aktivlər, öhdəliklər və kapitalın balanslaşdırılmış uçotu;
Cash Flow Statement – pul vəsaitlərinin hərəkətinin (operativ, investisiya və maliyyə fəaliyyətləri üzrə) tərtibi;
Excel-də analitik cədvəllərin, dinamik hesabatların və maliyyə göstəricilərinin hazırlanması (formullar, pivot table, maliyyə analizləri).
Namizədə olan tələblər
Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat üzrə ali təhsil;
Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi (mütləqdir)
İngilis və Rus dillərini orta səviyyədə bilməli
1C mühasibat proqramı və MS Excel proqramlarında yüksək səviyyəli biliklər;
Bank əməliyyatları, ödəniş tapşırıqları və e-qaimə sistemi üzrə praktiki təcrübə;
Maliyyə hesabatlarının (P&L, Balance, Cash Flow) hazırlanması üzrə təcrübə;
Vergi Məcəlləsi, ƏDV və mənfəət vergisi hesabatları üzrə biliklər;
Analitik düşüncə tərzi, məsuliyyətlilik və diqqətlilik;
Komanda ilə işləmək və vaxtı effektiv idarəetmə bacarığı.
İş şərati
İş qrafiki: 09:00-18:00
Əmək haqqı müsahibə əsasında təyin ediləcək
İş ünvanı: Toyota Abşeron Mərkəzi (Masazır dairəsinin yanı)