Ofis meneceri

Office Lines

25.10.2025

32
Müraciət et

İş detalları

Bakı Tam Ali 500 - 600 Son tarix 
24 11 2025
İşin təsviri

Qonaqların qarşılanması və yönləndirilməsi;
Zənglərin cavablandırılması və ehtiyac olduqda yönləndirilməsi;
Şirkətin sosial media səhifələrinin idarə olunması, paylaşımların edilməsi, hesabatların və statistikanın izlənilməsi;
Sosial media və google hesabları vasitəsilə reklam işlərinin icrası və izlənilməsi;
Sosial mediadan və ya e-mail vasitəsi ilə daxil olan mesaj və müraciətlərin cavablandırılması və ehtiyac olduqda yönləndirilməsi;
Sosial media paylaşımlarının izlənilməsi, kommentlərin cavablandırılması və ehtiyac olduqda yönləndirilməsi;
Daxil olan sənədlərin qəbulu, qeydiyyatı, aidiyyatı üzrə yönləndirilməsi;
Göndərilən sənədlərin qeydiyyata alınaraq poçt və ya kuryer vasitəsi ilə ünvana çatdırılmasını təmin etmək;
Ofis daxili sənədlərin skan olunaraq müvafiq e-maillərə yönləndirilməsi;
Logistika şöbəsi tərəfindən təqdim olunan təhvil – təslim aktlarının çeşidlənərək şatış təmsilçisinə təhil verilməsi;
Ofisin dəftərxana ləvazimatları, istifadə olunan material və ofisin fəaliyyəti üçün lazım olan digər maddi mallarla təminatı işinin təşkili və həyata keçirilməsi;
İclas və görüşlərin təşkil edilməsi üçün otaqlarda zəruri şəraitin yaradılmasına nəzarət;

Namizədə olan tələblər

Təcrübə: Korporativ satış və müştəri xidməti sahəsində ən azı 1 il iş təcrübəsi;
Dil bilikləri: Azərbaycan dili, (Rus və İngilis dilləri arzuolunandır)
Kompüter bacarıqları: Microsoft Office, Google Ads, baza SMM bacarıqları;
1C və Bitrix24 proqramlarında işləmə bacarığına üstünlük verilir;

İş şərati

Azərbaycan Respublikası əmək məcəlləsinə uyğun sənədləşmə
İş yeri: Bakı şəhəri, Sabunçu rayonu, Bəşir Bünyadov 3T (Koroğlu metro stansiyasının yaxınlığında)
İş qrafiki: 09:00-18:00
Nahar və korporativ nömrə şirkət tərəfindən təmin olunur
Əmək haqqı: 500 – 600 Azn

Oxşar vakansiyalar